Bu sahədə işləyən qadınların pensiya yaşı azaldıla bilər
12 May 2026, 11:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
770
11.06.2020, 23:00
Pandemiyası səbəbindən ölkədə tətbiq olunan xüsusi karantin rejiminin biznesə və vətəndaşlara vurduğu iqtisadi ziyanı qarşılamaq üçün dövlət tərəfindən müəyyən tədbirlər həyata keçirildi. Xüsusən də işsiz qalan əhaliyə 190 manat birdəfəlik ödənişlərin iki ay müddətində verilməsi 600 min nəfər vətəndaşı əhatə etdi. Hazırda karantin rejimi qismən yuşaldılmaqla davam etsə də, hələ də fəaliyyətinə icaz verilməyən sahələr var. Belə olduğu təqdirdə həmin sahələrdə çalışan və hazırda işsiz qalan əhalinin 190 manat aylıq ödənişi iyun ayında da alması məsələsi gündəmə gəlir.
İyun ayında 190 manat verilə bilərmi? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirdi ki, tam olaraq, 190 manatın ödənişi başa çatıb: "Ola bilər ki, bir neçə nəfərdə əlaqə nömrələrini yanlış qeyd etdiklərinə görə və ya işsiz kimi qeydiyyatdan keçdikləri dövrdə qeyd etdikləri telefon nömrəsini hazırda işlətmədiyinə görə banklar onlarla əlaqə saxlaya bilmir. Onu da məşğulluq xidməti mərkəzləri həmin vətəndaşları proaktiv qaydada məlumatlandırırlar, o vəsaitin hansı bank tərəfindən ödənilməsi barədə məlumat verirlər. Onlar da gedib həmin bankdan vəsaitlərini götürürlər. Bu da çox az sayda olan vətəndaşlarla bağlı baş verir".
"Hələ ki indiyə qədər nazirlik tərəfindən birdəfəlik ödəmə verilən vətəndaşlarla bağlı heç bir yanlışlıq olmayıb, vətəndaşlar da cavab məktubları ilə tam razılaşırlar".
İyun ayında işləməyən vətəndaşlara 190 manatın verilməsinin davam edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran nazirlik rəsmisi bildirdi ki, bu tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazirlər Kabinetinin təsdiq etdiyi qərara uyğun olaraq icra olundu: "O dövrdə bu ödəniş aprel və may ayları ilə bağlı nəzərdə tutulurdu, o zaman əmək bazarı ilə bağlı ciddi qadağalar var idi. Vətəndaşlar yenidən əmək bazarına qayıdıblar. Amma təbii ki, hökumət əgər belə bir qərar verərsə, nazirlik də bunu icra edəcək. Nazirlər Kabineti qərar verir, biz isə icraçı təşkilatıq". "Yeni Müsavat"
11:06 / 12 May 2026
1
11:02 / 12 May 2026
14
10:56 / 12 May 2026
26
10:55 / 12 May 2026
14049
10:49 / 12 May 2026
50
10:40 / 12 May 2026
37
10:32 / 12 May 2026
37
10:30 / 12 May 2026
39
10:25 / 12 May 2026
67
10:23 / 12 May 2026
43
10:21 / 12 May 2026
48
10:12 / 12 May 2026
48
10:00 / 12 May 2026
351
09:45 / 12 May 2026
62
09:44 / 12 May 2026
47
09:35 / 12 May 2026
89
09:09 / 12 May 2026
174
08:55 / 12 May 2026
273
00:26 / 12 May 2026
2325
00:06 / 12 May 2026
407
23:58 / 11 May 2026
215
23:54 / 11 May 2026
765
23:45 / 11 May 2026
1758
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.