Üz - göz şişkinliyinin gizli səbəbləri
11 May 2026, 20:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
669
06.06.2020, 20:15
Bütün valideynlər uşaqlarının ucaboy olmasını istəyir. Bəs buna necə nail olmaq olar? Bəzi mütəxəssislər hesab edir ki, ucaboy olmaq genetika ilə bağlıdır.
Bəziləri isə uşaqların uzun boylu olmasının birbaşa onların qida rasionu ilə əlaqədar olduğunu iddia edir. Hər bir halda valideynlər övladlarına yedirtdikləri qidalara xüsusi diqqət yetirməlidirlər. Oxu24.com uşaqların boyunun uzanmasına kömək edən qidaları təqdim edir.
Süd və süd məhsulları:
Kalsium mineralının təməli süd və süd məhsullarıdır. Xüsusilə sümük və dişlərin inkişafına lazım olan kalsium ehtiyacını qarşılamaq üçün süd, qatıq, ayran, pendir kimi qidaların yeniyetməlik dövründəki uşaqların qidalanma proqramına daxil edilməsi vacibdir. Gün ərzində uşaqlarınıza mütləq 2 stəkan süd, 1 stəkan qatıq verin. Həmçinin bunlarla yanaşı səhər naharda pendir çeşidlərinin olması, yeməklərin yanında ayran içilməsi kalsium almağa kömək edəcək.
Çedar (cheddar) pendiri:
Bütün pendir növlərinin tərkibində kalsium var. Amma 100 qram çedar pendirində 720 milliqram kalsium var. Evinizdə yeniyetmə varsa, çedar pendiri mətbəxinizdən əskik olmamalıdır.
Küncüt:
Kalsium dəyəri ən yüksək olan qidalardan biri də küncütdür. Birbaşa yeyilməyən küncüt adətən smit, börək və başqa un məmulatlarının üzərinə səpilir. Amma diqqət etmək lazımdır ki, bu, aşırı dərəcədə olmasın. Çünki küncütün tərkibində yüksək miqdarda yağ var ki, bu da uşaqların artıq çəki almasına səbəb ola bilər.
Çərəzlər:
Uşaqların sevərək yedikləri çərəzlərin də tərkibində kalsium dəyəri yüksəkdir. Əgər uşaqlarınız kifayət qədər süd və süd məhsulları yemirsə, bunlara dəstək olaraq fındıq, fıstıq, badam, qoz kimi çərəzlərdən istifadə olunmalıdır. Gün ərzində təxminən bir ovuc dolusu çərəz yeməsi uşağın daha uzun boylu bir gələcəyi üçün əhəmiyyətlidir.
Uşaqlarda boy uzanmasının əsas səbəbi kalsium və D vitamininin birlikdə qəbul olunmasıdır. Yuxarıda bəhs etdiyimiz zəngin kalsium qaynaqlarının yanında, D vitamini ilə bol olan qidalar da qəbul etmək lazımdır. Balıq yağı kalsium əmilməsini dəstəkləyir, D vitamini ilə zənginolan süd, pendir və yumurta da istifadə oluna bilər. D vitamininin ən zəngin qaynağı isəgünəş işığıdır. Lazımi qədər günəş işığından faydalana bilməyən şəxslərdə istənilən qədər boy uzanması mümkün deyil. Bundan əlavə C vitamini dəyəri yüksək olan qidalar da bədəndə kalsiumun əmilməsini asanlaşdırır. Bu səbəblə bütün qida qruplarından kifayət qədər və balanslı şəkildə istifadə olunması əhəmiyyətlidir
20:28 / 11 May 2026
12
20:21 / 11 May 2026
30
20:11 / 11 May 2026
45
19:45 / 11 May 2026
34
19:41 / 11 May 2026
71
19:28 / 11 May 2026
203
19:21 / 11 May 2026
61
19:09 / 11 May 2026
62
18:59 / 11 May 2026
62
18:50 / 11 May 2026
81
18:46 / 11 May 2026
222
18:39 / 11 May 2026
91
18:33 / 11 May 2026
79
18:28 / 11 May 2026
140
18:16 / 11 May 2026
186
18:09 / 11 May 2026
66
18:06 / 11 May 2026
572
18:00 / 11 May 2026
313
17:57 / 11 May 2026
67
17:55 / 11 May 2026
167
17:33 / 11 May 2026
85
17:21 / 11 May 2026
180
17:17 / 11 May 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.