Üz - göz şişkinliyinin gizli səbəbləri
11 May 2026, 20:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
645
06.06.2020, 18:20
Uca Allahın rəhməti ilə, insan bəzi əməlləri yetirərkən, böyük lütflərə qərq ola bilir. Bu əməllərdən ən mühümlərindən biri - namaza lazımi diqqəti göstərməkdir.
Namazın haqqını əda etmək baxımından ən çox vurğulanan mövzu - namazda hüzuri-qəlbə malik olmaq və namazı əvvəl vaxtda qılmaqdır.
Namazda qəlb hüzurunun olması - mühüm mövzulardandır. Çünki əgər namazı qəlb hüzuru ilə qılarıqsa, ona ruh verər və can verərik. Əks halda, cansız bir cisim kimi göyə göndərərik.
Namazı əvvəl vaxtda qılmaq isə insanı nizama salar və namazı qəlb hüzuru ilə qılmasına səbəb olar. Namazı əvvəl vaxtda qılmağın dünya və axirət bərəkətləri vardır ki, onlarla tanış olaq:
1. Behişti təmin edər. Həzrət Peyğəmbər (s) buyurur: "Allah Təala buyurur: "Bu beş namaz vacibatdır. Ona görə də o kəs ki, bu namazları vaxtında yerinə yetirər, Qiyamət günü Mənimlə görüşəcəkdir. Mənim öhdəmdədir ki, onu behiştə daxil edim"".
2. Hacətin yerinə yetməsi. İmam Həsən Əsgəri (ə) buyurur: "Musa ibni İmran (ə) Allahla söhbət edir və Allahdan soruşur: "Allahım! Namazını əvvəl vaxtda qılan insanın mükafatı nədir?". Allah buyurur: "Xahiş və istəklərini yerinə yetirərəm və behişti onun üçün mübah edərəm"".
3. Dünya bəlalarından amanda qalar. Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, Sübhan Allah göydən bəla nazil edir, Quranı həml edənlər, Günəşin vaxtına riayət edənlər, yəni o kəslər ki, namazın vaxtına riayət edərlər, məscidi abad edənlər - bu bəladan amandadırlar".
4. Günah atəşi sönər. Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, hər namazın vaxtı gəlib çatar, mələk insanların arasında səslənər: "Ayağa qalxın, namaz vasitəsilə özünüz yandırdığınız günah atəşini söndürün"".
5. Ölən zaman əqidədə sabit qalmaq. İmam Sadiq (ə) buyurur: "Ölən zaman Ölüm Mələyi, namazın vaxtına riayət edəndən (bəndədən) şeytanı dəf edər, bu halda şəhadətləri ona təlqin edər".
6. Namaz onun üçün dua edər. İmam Baqir (ə) buyurur: "Nə zaman namaz əvvəli vaxt göyə qalxar, sahibinə tərəf ağ və parlayan halda geri qayıdar, ona xitab edər: "Məni qorudun, Allah da səni qorusun"".
7. Həzrət Peyğəmbərin (s) zəmanəti. Həzrət Peyğəmbər (s) buyurur: "O bəndə ki, namazın vaxtına nəzarət edər, mən onun üçün ölüm anında rahatlığı, dərd və qəmi dəf etməyi, cəhənnəm atəşindən nicatı zəmanət edirəm".
8. Qəflətdən amanda qalmaq. İmam Baqir (ə) buyurur: "O mömin ki, namazına nəzarət edər, onu vaxtında yerinə yetirər - qafil insanlardan hesab olunmaz".
Allah Təala bizləri bu mübarək sıralarda qərar versin!
20:28 / 11 May 2026
12
20:21 / 11 May 2026
30
20:11 / 11 May 2026
45
19:45 / 11 May 2026
34
19:41 / 11 May 2026
71
19:28 / 11 May 2026
203
19:21 / 11 May 2026
61
19:09 / 11 May 2026
62
18:59 / 11 May 2026
62
18:50 / 11 May 2026
81
18:46 / 11 May 2026
222
18:39 / 11 May 2026
91
18:33 / 11 May 2026
79
18:28 / 11 May 2026
140
18:16 / 11 May 2026
186
18:09 / 11 May 2026
66
18:06 / 11 May 2026
572
18:00 / 11 May 2026
313
17:57 / 11 May 2026
67
17:55 / 11 May 2026
167
17:33 / 11 May 2026
85
17:21 / 11 May 2026
180
17:17 / 11 May 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.