Hacı Allahşükür Paşazadə görüş keçirdi
20 Fevral 2026, 21:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1087
05.06.2020, 23:29
Xəbər verdiyimiz kimi iyunun 3-də 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb. Məhz buna görə də Operativ Qərargahın iyunun 3-də keçirilən brifinqində şənbə və bazar günləri insanların çölə çıxmasına qadağa qoyulacağı bildirildi. Əgər artma dinamikası davam etsə, insanların 1 həftəlik çölə çıxmasına qadağa qoyula bilərmi?
Bununla bağlı danışan deputat Cavid Osmanov bildirib ki, Operativ Qərargah dünyada və ölkədə mövcud vəziyyəti analiz edərək müvafiq qərarlar verir: "Bilirsiniz ki, dünən Operativ Qərargahın növbəti brifinqi keçirildi. İyun ayının 3-ə olan statistika ürək açan olmadı. 325 nəfər yeni yoluxma və 5 nəfər də ölüm faktı qeydə alındı. Günbəgün bu yoluxma dinamikası çoxalır. Məhz ona görə də dünən keçirilən brifinqdə şənbə və bazar günlərində daha sərt karantin rejiminin keçirilməsi təklif olundu. Həmin günlər hətta market və apteklər də işləməyəcək. Bütün insanların evdə qalaraq izyolasiya edilməsi ilə çalışırlar ki, yoluxmaların sayını azaltsınlar. Təbii ki, yoluxma artma dinamikası davam edərsə gələcək bu qadağa 7 günlük də ola bilər. Təbii ki, bu qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətində olan məsələdir. Əlbəttə ki, bunu heç kim arzulamır. Ona görə insanlarımız bu xəstəliyin nə qədər təhlükəli olduğunu anlamalı, karantin rejimin qaydalarına və Operativ Qərargahın tövsiyyələrinə əməl etməlidir. İnsanlarımız məsuliyyətli olsalar, qoruyucu tibbi maskalardan istifadə edib, ictimai nəqliyyatda, market və mağazalarda sosial məsafəni qorusalar biz tezliklə bu bəladan qurtula bilərik. Bir daha insanlarımızı özlərinin və yaxınlarının sağlamlığını qorumaq üçün qoyulan qaydalara əməl etməyə çağırıram".
Həmçinin oxuyun
21:11 / 20 Fevral 2026
22
20:58 / 20 Fevral 2026
23
20:47 / 20 Fevral 2026
31
20:39 / 20 Fevral 2026
42
20:24 / 20 Fevral 2026
41
20:19 / 20 Fevral 2026
42
20:08 / 20 Fevral 2026
42
19:57 / 20 Fevral 2026
45
19:52 / 20 Fevral 2026
48
19:40 / 20 Fevral 2026
51
19:35 / 20 Fevral 2026
43
19:32 / 20 Fevral 2026
44
19:25 / 20 Fevral 2026
123
19:15 / 20 Fevral 2026
146
19:06 / 20 Fevral 2026
128
18:59 / 20 Fevral 2026
110
18:57 / 20 Fevral 2026
68
18:47 / 20 Fevral 2026
111
18:29 / 20 Fevral 2026
58
18:05 / 20 Fevral 2026
59
17:54 / 20 Fevral 2026
83
17:45 / 20 Fevral 2026
58
17:34 / 20 Fevral 2026
244
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.