Emin Əmrullayevdən işini itirən müəllimlərlə bağlı AÇIQLAMA
18 Noyabr 2026, 15:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
669
05.06.2020, 17:46
Bu gün gecə saat 00:00-dan etibarən 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində hərəkətinə icazə verilmiş şəxslərdən başqa vətəndaşların olduğu yeri tərk etməsinə icazə verilmir. Bu qərarın icrasına da Daxili İşlər Nazirliyi nəzarət edəcək.
Oxu24.com xəbər verir ki, Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, qeyd edilən rayon və şəhərlərdə şənbə və bazar günləri müvafiq icazəsi olan vətəndaşlardan başqa digər vətəndaşlara yaşayış yeri və olduğu yeri tərk etmək qadağan olunacaq: "Bu tələbləri pozan vətəndaşlar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 100 manat cərimə ediləcəklər. Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları karantin rejimə nəzarəti mütəmadi və gücləndirilmiş formada həyata keçirəcəklər. Qərarın tətbiq edildiyi rayon və şəhərlərdə yalnız mərkəzi hissələr deyil, hər yerdə, məhəllələrdə də polis nəzarəti olacaq. Vətəndaşları həftənin iki günü evdə olmağa, küçəyə çıxmamağa çağırırıq. Çünki bizim məqsədimiz vətəndaşları cərimələmək deyil, onların sağlamlığın qorunması üçün atılan addımdır. Buna görə də inanırıq ki, vətəndaşlarımız bu tələbləri anlayışla qarşılayıb cəmi iki gün evdə qalacaqlar".
E.Zahidov əlavə edib ki, vətəndaşlar qeyd olunan iki gün ərzində zibil atmağa da gedə bilməzlər: "Buna icazə verilmir. Nazirlər Kabineti yanında Operativ Qərargah bu iki gün ərzində evdən çıxmaq üçün iki hal müəyyən edib. Birincisi, vətəndaşın həyatı üçün real təhlükə yaradarsa, onda evi tərk edə bilər. İkincisi, yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxs Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə yaxud 012 590 80 20 Qaynar xəttinə müraciət edib məlumat verəcək.
Qısa müddət ərzində həmin şəxsin müraciəti araşdırılacaq, verilən məlumat həqiqətə uyğun olarsa, onun evdən çıxmasına, dəfndə iştirakına icazə veriləcək. Bu barədə həmin şəxsə və onun getdiyi istiqamətdə xidmət aparan polis əməkdaşlarına məlumat veriləcək, həmçinin, bu barədə polislərin istifadəsində olan planşetlərə qeyd göndəriləcək. Yalnız bu iki halda evdən çıxmağa icazə verilir. Vətəndaşlar digər hallarda evdə oturub istirahət etməlidir. Həftənin birinci günündən etibarən isə vətəndaşlar qoruyucu maskalardan istifadə edərək sərbəst işə gedib-gələcə biləcəklər".
15:32 / 18 Noyabr 2026
1
15:28 / 18 Noyabr 2026
18
15:22 / 18 Noyabr 2026
42
15:16 / 18 Noyabr 2026
70
15:12 / 18 Noyabr 2026
64
15:09 / 18 Noyabr 2026
80
15:05 / 18 Noyabr 2026
180
15:02 / 18 Noyabr 2026
80
14:58 / 18 Noyabr 2026
91
14:52 / 18 Noyabr 2026
80
14:44 / 18 Noyabr 2026
341
14:33 / 18 Noyabr 2026
122
14:22 / 18 Noyabr 2026
89
14:18 / 18 Noyabr 2026
97
14:06 / 18 Noyabr 2026
92
13:56 / 18 Noyabr 2026
97
13:12 / 18 Noyabr 2026
102
12:55 / 18 Noyabr 2026
109
12:53 / 18 Noyabr 2026
151
12:51 / 18 Noyabr 2026
255
12:32 / 18 Noyabr 2026
1107
12:28 / 18 Noyabr 2026
124
12:20 / 18 Noyabr 2026
504
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.