Prezident qərar imzaladı - Onlar bu qədər təqaüd alacaq
11 May 2026, 15:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1240
04.06.2020, 22:43
Keçən həftə Google şirkəti istifadəçilərə bildirmişdi ki, Android 11-in ilk beta versiyası gecikəcək. Lakin dünən yeni əməliyyat sisteminin ilk beta versiyası Pixel smartfon seriyasının bəzi modelləri üçün təqdim olundu. Tərtibatçılar təqdim edilmiş ilk beta versiyanı artıq incələyərək onda olan yenilikləri qeyd ediblər. Bu barədə 9to5google saytı xəbər verib. Android 11 beta 1 hal hazırda hətta məhdud sayda Pixel modellərində aktivdir. Pixel 4 XL smarfonu üçün Android 11 beta 1-in həcmi 736 MB təşkil edir.
Beta versiyasının təsvirində "Android R-in beta versiyası" yazısı var. İstifadəçilər güman edirlər ki, yeni əməliyyat sisteminin beta versiyası təsadüfi şəkildə təqdim edilib. Beləliklə Android 11-də olacaq yeniliklərə gəldikdə, ilk növbədə smartfonun yandırıb/söndürmə düyməsini kliklənmiş vəziyyətdə saxlayan zaman ortaya çıxan yeni menyunu qeyd etmək lazımdır. Həmin menyuda Google Pay servisinə qoşulu olan bank kartlarını və ağıllı ev əşyalarını idarə etmək olar.
Vizual yeniliklər sırasında yeni ikon formalarını, xüsusi imkanlar bölməsində ortaya çıxan qrafik ipucuları və smartfon ayarları menyusunda köpüklər şəklində ortaya çıxan bildirişlərin aktivləşdirilməsi funksiyası var. Bununla yanaşı Android 11 mediaplayer-i bildirişlər mərkəzinin sürətli ayarlar pəncərisinə daşımağa imkan verir. Qeyd etmək lazımdır ki, Android 11-in rəsmi şəkildə təqdimatının keçiriləcəyi The Beta Show tədbiri sabah baş tutmalı idi. Lakin şirkət həmin tədbiri bilinməyən müddətə kimi təxirə saldı. Android 11-in stabil versiyasının nə zaman təqdim olunacağı hələ bilinmir.
17:21 / 11 May 2026
10
17:17 / 11 May 2026
22
17:10 / 11 May 2026
31
16:57 / 11 May 2026
648
16:49 / 11 May 2026
38
16:41 / 11 May 2026
62
16:37 / 11 May 2026
95
16:27 / 11 May 2026
186
16:25 / 11 May 2026
60
16:15 / 11 May 2026
301
16:03 / 11 May 2026
48
15:49 / 11 May 2026
60
15:38 / 11 May 2026
348
15:30 / 11 May 2026
11041
15:22 / 11 May 2026
74
15:20 / 11 May 2026
62
14:59 / 11 May 2026
64
14:52 / 11 May 2026
105
14:47 / 11 May 2026
370
14:45 / 11 May 2026
383
14:43 / 11 May 2026
125
14:23 / 11 May 2026
1589
14:11 / 11 May 2026
249
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.