Azərbaycandan xaricə səfər edənlərin sayı azalıb — Səbəblər AÇIQLANDI
11 May 2026, 15:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
596
03.06.2020, 18:41
Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimovun müvafiq əmri ilə Elamin Muhuma oğlu Dibirov Ucar Gənclər Evinin direktoru təyin olunub.
Qaynarinfo-nun verdiyi xəbərə görə, Elamin Dibirov bu təyinata qədər Qaradağ Gənclər Evində metodist – mədəni kütləvi tədbirlər üzrə menecer vəzifəsində çalışıb. E.Dibirov ictimai fəaliyyətə təhsil aldığı Azərbaycan Əmək və Sоsial Münasibətlər Akademiyasının Həmkarlar İttifaqı Komitəsindən başlayaraq daha sonra turizim sahəsində "Trend Travel”-da icraçı direktor, "Gənclərin Sosial Tərəfdaşlıq Mərkəzi” İctimai Birliyində regionlarla iş üzrə katib, "Təhsilli Gələcək” Təhsilin İnkişafı İctimai Birliyində təlim mərkəzinin rəhbəri kimi vəzifələrdə çalışıb. E.Dibirov Türkiyənin İstanbul, Ankara, Latviyanın Riqa, Litvanın Vilnus, Ukraynanın Kiyev və Polşanın Varşava şəhərlərində müxtəlif təlim, seminar və konfranslarda iştirak edib. Yüzdən çox sosial layihə və kampaniyada iştirakçı, təlimçi və təşkilatçı kimi təmsil olunub.
Qeyd edək ki, Ucar Gənclər Evinin ərazisi 2072 kv metrdir və 6 oktyabr 2015-ci ildən fəaliyyət göstərir. Bu sosial xidmət müəssəsi Ucarda olan 24 min 200 gənclə vətənpərvərlik tərbiyəsi, sağlam həyat tərzinin təbliği, ictimai həyatda iştirak, məşğulluq, asudə vaxtın səmərəli təşkili və yaradıcılıq istiqamətləri üzrə iş aparır. Ucar Gənclər Evində trenajor, bilyard, stolüstü tennis, oyun aparatları, boulinq, 7D kino zalı və tir kimi xidmətlər mövcuddur.
2 iyun 2020-ci il tarixində Elamin Dibirov Ucar Gənclər Evi kollektivinə təqdim edilib və vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
15:22 / 11 May 2026
10
15:20 / 11 May 2026
11
14:59 / 11 May 2026
37
14:52 / 11 May 2026
49
14:47 / 11 May 2026
183
14:45 / 11 May 2026
75
14:43 / 11 May 2026
48
14:23 / 11 May 2026
867
14:11 / 11 May 2026
174
14:08 / 11 May 2026
74
13:42 / 11 May 2026
70
13:30 / 11 May 2026
93
13:25 / 11 May 2026
183
13:14 / 11 May 2026
60
12:50 / 11 May 2026
536
12:46 / 11 May 2026
63
12:37 / 11 May 2026
60
12:36 / 11 May 2026
64
12:18 / 11 May 2026
100
12:11 / 11 May 2026
10846
12:07 / 11 May 2026
82
12:01 / 11 May 2026
137
11:53 / 11 May 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.