Azərbaycandan xaricə səfər edənlərin sayı azalıb — Səbəblər AÇIQLANDI
11 May 2026, 15:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
800
03.06.2020, 18:30
Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı Aysel Şükürova mediada müzakirələrə səbəb olan qalmaqallı məsələyə aydınlıq gətirib.
Oxu24.com xəbər verir ki, blogger belə hal yaşamaq istəmədiyini bildirib və söyüşlərinə görə böyüklərdən üzr istəyib:
"Mən artıq bir müddət idi ki, qərar vermişdim bir daha səhifəmdə bu tipli paylaşımlar etməyəcəyəm. Başımı salıb işimlə məşğul olacam və bizə atılan sözləri görməzlikdən gələcəyəm deyə.
Çünki 1 milyon insan elə 1 milyon fərqli düşüncə deməkdir. Düşünün ki, bu qədər insan içində savadlısı savadsızı, imkanlısı, kasıbı, xoş düşünəni, paxılı, şizofreni, dəlisi, manyakı ola bilər. Mən bu səhifəni sevənlərim üçün işlədirəm. Mən xoş günlər yaşamaq istəyirəm.
Azərbaycan qadını adının belə söyüşlərlə yan-yana gəlsin istəmirəm. Məni söyüş söyən biri kimi tanıyırdınız. Dünəndən bu yana mən sırf nəyə görə söyüş söymək məcburiyyətində qaldığımı göstərdim sizlərə. İstəmərəm belə şeylər yaşayım. İstəyərəm ki, işimlə məşğul olum, balalarımla, ailəmlə, dostlarımla xoş vaxt keçirim.
Amma qoymurlar, iynələyirlər ki, bir az reklam olunsunlar. Düşünə bilərsiniz ki, biri özünü söydürüb necə reklam oluna bilər? Ona görə deyirəm ki, çox fərqli düşüncələr izləyir. Alçaldılmaqla, söyüşlə belə olsa reklam reklamdır deyən düşüncələr var. Bundan sonra artıq kimlərisə reklam etməyəcəyəm.
Məni sevənlər onsuz sevir, amma tanımayanların gözündə kiməsə görə niyə düşməliyəm? Niyə Azərbaycan qadınına söyüş yaraşmır kimi sözlər desin məni tanımayan və səbəbini bilməyən biri? Bütün sevən izləyicilərimə təşəkkür edirəm. Həm mənim səhifəmdə, həm də başqa səhifələrdə mənim tərəfimi saxladığınız üçün. Dəstəkləyən dostlarımıza, yanımızda olanlara təşəkkür edirəm.
Səhifəmi izləyən bütün böyüklərimdən üzr istəyirəm ki, belə şeylər gördünüz. Məni qıcıqlandırdıqlarını sizə göstərdim artıq hər kəs gördü səbəbini. Amma yenə də bu halları yaşamaq və sizlərə göstərmək xoş deyildi. Məni yıxmaq elə asan deyil. Mən haqlıyamsa, dim-dik ayaqdayam. Haqlıyamsa, səsimi kəsmək mümkün deyil. Bu işlər məhkəmədə davam edəcək. Mən 1 milyonumu sizlərlə məşğul edəsi deyiləm”.
Xatırladaq ki, A.Şükürova sosial şəbəkədə atası ilə bağlı başladılan cinayət işi haqda rəy yazan şəxsin özünü və ailəsini təhqir etmişdi.
15:22 / 11 May 2026
10
15:20 / 11 May 2026
11
14:59 / 11 May 2026
37
14:52 / 11 May 2026
49
14:47 / 11 May 2026
183
14:45 / 11 May 2026
75
14:43 / 11 May 2026
48
14:23 / 11 May 2026
867
14:11 / 11 May 2026
174
14:08 / 11 May 2026
74
13:42 / 11 May 2026
70
13:30 / 11 May 2026
93
13:25 / 11 May 2026
183
13:14 / 11 May 2026
60
12:50 / 11 May 2026
536
12:46 / 11 May 2026
63
12:37 / 11 May 2026
60
12:36 / 11 May 2026
64
12:18 / 11 May 2026
100
12:11 / 11 May 2026
10846
12:07 / 11 May 2026
82
12:01 / 11 May 2026
137
11:53 / 11 May 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.