İntensiv yağış və dolu GÖZLƏNİLİR — HAVA XƏBƏRDARLIĞI
11 May 2026, 12:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
757
02.06.2020, 21:13
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) istifadəçilərin mənzil seçimi prosesində rahatlığını təmin etmək məqsədilə bu il iyunun 1-dən “Güzəştli mənzil” sisteminin satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq (demo) versiyasını istifadəyə verib.
MİDA-dan Oxu24.com-a bildirilib ki, müvafiq xidmət istifadəçilərə həm satış, həm də gözləmə qaydasında mənzil seçimi proseslərinin bütün mərhələləri ilə yaxından tanış olmaq, elektron imza sertifikatlarından və texniki avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirmək imkanı yaradır.
“Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən Elektron İmza (www.e-imza.az) və ya “ASAN İmza” (www.asanimza.az) ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyasından istifadə edə bilərlər.
Satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyası cari il iyunun 29-da saat 00:00-dək aktiv olacaq. Sistem vasitəsilə aparılan əməliyyatlar hər gün saat 00:00, 02:00, 04:00, 06:00, 08:00, 10:00, 12:00, 14:00, 16:00, 18:00, 20:00, 22:00-da yenilənərək sıfırlanacaq və mənzillər seçim üçün təkrarən aktivləşdiriləcək.
“Güzəştli mənzil” sistemində elektron kabinetə yeni sahib olmuş vətəndaşlar kabinetin yaradılması ilə bağlı qərarın verildiyi tarixin növbəti günündən etibarən həm satış modulunun, həm də gözləmə qaydasında mənzil seçiminin sınaq versiyasından istifadə edə bilərlər.
Sınaq versiyası vasitəsilə həyata keçirilən mənzillərin seçimi təlim xarakteri daşıyır və heç bir nəticə yaratmır.
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan şəxs mütləq:
• ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməli;
• agent bankdan aldığı ilkin razılıq qərarının “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etməlidir.
Vətəndaşlar “108” Çağrı mərkəzinə zəng edərək xidmətlə bağlı bütün suallarına cavab tapa bilərlər.
13:14 / 11 May 2026
1
12:50 / 11 May 2026
196
12:46 / 11 May 2026
30
12:37 / 11 May 2026
36
12:36 / 11 May 2026
39
12:18 / 11 May 2026
62
12:11 / 11 May 2026
810
12:07 / 11 May 2026
48
12:01 / 11 May 2026
89
11:53 / 11 May 2026
48
11:43 / 11 May 2026
887
11:18 / 11 May 2026
52
11:07 / 11 May 2026
252
11:05 / 11 May 2026
61
10:59 / 11 May 2026
521
10:53 / 11 May 2026
63
10:46 / 11 May 2026
541
10:42 / 11 May 2026
87
10:41 / 11 May 2026
67
10:38 / 11 May 2026
59
10:23 / 11 May 2026
448
10:21 / 11 May 2026
67
10:20 / 11 May 2026
61
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.