Prezident təqaüdü kimlərə və nə qədər verilir? (SİYAHI)
11 May 2026, 10:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1131
01.06.2020, 19:15
Videoda gördüyünüz o itlərdir ki, sahibləri tərəfindən döyüşlərə, davalara cəlb olunub, bir-birinə ölümcül xəsarət yetirilənə qədər döyüşdürülüb. Hazırda onlar İDEA İB-nin sığınacağında və nəzarət altındadırlar.
Oxu24.com bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.
Fərid Mansurov - QHT rəhbəri: "Hazırda burada bizim xilas etdiyimiz 14 pitbul var. Bu itlər insana qarşı son dərəcə mehribandı. Lakin digər itlərə qarşı dözümləri yoxdur. Onları öz şikarları kimi görürlər".
Elə bu amil də, onların it qumarına cəlb olunması üçün zəmin yaradır. Tarixi "ənənə"lərdən olan it davaları, sonradan maddi maraqlar üzərində qurulmağa başlayıb. Lakin dünya miqyasında heyvan hüquqları ilə bağlı qərarların qəbulu bu doyüşləri qeyri-leqal formaya keçirdi. Hazırda Azərbaycanda belə döyüşləri təşkil edənlər inzibati cəzaya cəlb edilir.
Fərhad Kazımov - Hüquqşünas: "Bu, CM-nin 274-cü maddəsi ilə tənzimlənir. Rəftar etmə, şikəst etmə, o cümlədən tələf edilməsinə görə, 500 manat cərimə nəzərdə tutulur. Həmin şəxs tərəfindən o məbləğ tam ödənilməlidir".
Amma heyvansevərlər bu cəzanın yünğul olduğu qənaətindədirlər. Onların fikrincə, istənilən heyvanla pis rəftara görə daha ağır cəza verilməlidir.
Fərid Mansurov - QHT rəhbəri: "Heyvanlara qarşı amansız rəftara görə, cinayət məsuliyyəti nəzərdə tutulsun, bu barədə CM-nə əlavələr edilsin və konkret olaraq hansısa heyvana əziyyət verən, hevanları öldürən, onlardan qazanc əldə edənlər cinayət məsuliyyətinə cəlb edilsin".
Fərhad Kazımov - Hüquqşünas: "Qanunsuz ov etmə, qanunsuz heyvanları tələf etmə, xeyli miqdarda, külli miqdarda. Hüquqi şəxslər, vəzifəli şəxslər tərəfindən etmə kimi əməllərin hamısı CM-nin 258-ci maddəsinə uyğundur. Qununa dəyişiklik edib, əlavə etmək olar".
Ekpsetlər deyir ki, cəzanın nisbətən yumşaq olması, bu kimi döyüşlərin gizli də olsa, davam etdirilməsinə şərait yaradır. Çünki heyvan döyüşlərindən həzz alan, kifayət qədər pul qoyub, qazanc götürən şəxslər hələ də var...
10:53 / 11 May 2026
1
10:46 / 11 May 2026
112
10:42 / 11 May 2026
24
10:41 / 11 May 2026
18
10:38 / 11 May 2026
23
10:23 / 11 May 2026
192
10:21 / 11 May 2026
37
10:20 / 11 May 2026
31
10:18 / 11 May 2026
32
09:48 / 11 May 2026
52
09:45 / 11 May 2026
40
00:40 / 11 May 2026
339
00:29 / 11 May 2026
209
00:17 / 11 May 2026
382
23:54 / 10 May 2026
370
23:46 / 10 May 2026
369
22:48 / 10 May 2026
104
22:27 / 10 May 2026
113
22:27 / 10 May 2026
122
22:12 / 10 May 2026
122
21:24 / 10 May 2026
444
21:21 / 10 May 2026
123
21:17 / 10 May 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.