Prezident təqaüdü kimlərə və nə qədər verilir? (SİYAHI)
11 May 2026, 10:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
568
01.06.2020, 18:23
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və yerli startap şirkəti olan Botbox ilə birgə, günün 24 saatı əhalinin koronavirus ilə əlaqədar suallarını cavablandırmaq, həmçinin, tez, etibarlı və rəsmi məlumat vermək üçün WhatsApp botunu istifadəyə verdi.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, "TABIB bot" eyni anda 1 milyona qədər istifadəçini əhatə edə və istənilən istifadəçi sorğusuna bir saniyədən az müddətdə cavab verə bilər. Əlavə olaraq, gündəlik statistik məlumatlar üçün abunə olmaq mümkündür.
Bu günə qədər bot, on mindən çox insan tərəfindən sınaqdan keçirilib və artıq 2200 abunəçisi var.
"TABIB bot" ilə dialoqa başlamaq üçün "Salam" yazıb +13022020234 nömrəsinə mesaj göndərdikdə, istifadəçilərə COVID-19 haqqında son xəbərlər, statistik məlumatlar, profilaktika tədbirləri və infeksiyanın yayılmasının qarşısını almaq üçün məsləhətlərdən ibarət olan ümumi səhifə təqdim edilir.
COVID-19 ilə bağlı bir sıra mövzular üzrə müxtəlif sual və cavablarla tanış olaraq, botdan məlumat əldə etmək çox asandır.
Qeyd olunmalıdır ki, botun diaqnoz və ya müalicə məqsədləri üçün istifadə edilməsi nəzərdə tutulmayıb və o, klinik müayinə və tibb mütəxəssisləri ilə məsləhətləşmələri əvəz etmir.
Bot, dünyadakı bütün Azərbaycan vətəndaşları üçün əlçatandır.
10:53 / 11 May 2026
1
10:46 / 11 May 2026
112
10:42 / 11 May 2026
24
10:41 / 11 May 2026
18
10:38 / 11 May 2026
23
10:23 / 11 May 2026
192
10:21 / 11 May 2026
37
10:20 / 11 May 2026
31
10:18 / 11 May 2026
32
09:48 / 11 May 2026
52
09:45 / 11 May 2026
40
00:40 / 11 May 2026
339
00:29 / 11 May 2026
209
00:17 / 11 May 2026
382
23:54 / 10 May 2026
370
23:46 / 10 May 2026
369
22:48 / 10 May 2026
104
22:27 / 10 May 2026
113
22:27 / 10 May 2026
122
22:12 / 10 May 2026
122
21:24 / 10 May 2026
444
21:21 / 10 May 2026
123
21:17 / 10 May 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.