Müəllimlikdən rəisə qədər yüksəldi: Fəxri adı olan yüksək vəzifəli xanım məmur KİMDİR?
19 Fevral 2026, 23:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
713
31.05.2020, 18:26
Bu ilin may ayı küləkli günlərlə zəngin oldu. Ayın 31-də də yaz bizimlə küləkli hava ilə vidalaşdı. Ay ərzində güclü küləkli (15 m/s-dən artıq) günlərin sayı 16-ya çatdı. Bunlardan 25 m/s-dən çox olan günlərin sayı 4 gün oldu, 2 gün ərzində küləyin sürəti 35 m/s,1 gün ərzində isə 38 m/s-dək şiddətləndi.
Oxu24.com xəbər verir ki, bunu jurnalistlərə ETSN-nin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
“Ayın ən isti günü 32 dərəcə ilə mayın 23-ü, ən soyuq günü isə 14.3 dərəcə ilə mayın 10-u oldu. Orta aylıq temperatur 20 dərəcəyə yaxın olub, bu da iqlim normasından 1.5 dərəcə yüksəkdir. Nisbətən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması ay ərzində 9 dəfə baş verib.
Yağıntılar qeyri-bərabər paylanıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında normanın 89-124, Kiçik Qafqazın dağətəyi bölgəsində 50-58, mərkəzi-aran rayonlarında 24-71, Lənkəran-Astara zonasında 29-52, Qazax-Gəncə zonasında 45-50, Balakən-Şəki zonasında 45-97, Şabranda 113 faiz təşkil edib. Quba-Xaçmazda və Ağstafada isə normadan 1,5-3 dəfə çox olub.
İyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan yüksək olacağı gözlənilir. 2017, 2018, 2019-cu illərdə havanın temperaturu normadan 0,7-1,2 dərəcə yüksək olub, 2001, 2002, 2003 və 2008-ci illərdə isə iyun ayı nisbətən sərin keçib.
Həmçinin oxuyun
Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecələr 19-24, gündüzlər 26-31, bəzi küləksiz və isti günlərdə 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir.
Respublikanın aran bölgəsində maksimal temperaturun 30-35, bəzi günlərdə 37-39, dağlıq rayonlarda 19-24, bəzi günlərdə 28-30 dərəcə isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasından bir qədər az, bəzi şimal və şərq rayonlarında isə normaya yaxın olacağı ehtimal olunur”, - deyə U.Tağıyeva bildirib.
Sonda U.Tağıyeva qeyd edib ki, birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.
00:24 / 20 Fevral 2026
114
00:23 / 20 Fevral 2026
53
23:45 / 19 Fevral 2026
95
23:41 / 19 Fevral 2026
61
23:31 / 19 Fevral 2026
60
23:28 / 19 Fevral 2026
214
23:22 / 19 Fevral 2026
53
23:18 / 19 Fevral 2026
45
23:14 / 19 Fevral 2026
52
23:09 / 19 Fevral 2026
58
23:04 / 19 Fevral 2026
59
22:53 / 19 Fevral 2026
62
22:49 / 19 Fevral 2026
88
22:42 / 19 Fevral 2026
213
22:36 / 19 Fevral 2026
69
22:34 / 19 Fevral 2026
453
22:32 / 19 Fevral 2026
89
22:29 / 19 Fevral 2026
76
22:25 / 19 Fevral 2026
77
22:17 / 19 Fevral 2026
69
22:07 / 19 Fevral 2026
242
22:00 / 19 Fevral 2026
75
21:38 / 19 Fevral 2026
815
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.