Məşhur hotel sökülür?
11 May 2026, 00:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
608
31.05.2020, 09:18
Bu ilin may ayı küləkli günlərlə zəngin oldu. Ayın 31-də də yaz bizimlə küləkli hava ilə vidalaşdı. Ay ərzində güclü küləkli (15 m/s-dən artıq) günlərin sayı 16-ya çatdı. Bunlardan 25 m/s-dən çox olan günlərin sayı 4 gün oldu, 2 gün ərzində küləyin sürəti 35 m/s,1 gün ərzində isə 38 m/s-dək şiddətləndi.
Oxu24.com xəbər verir ki, bunu jurnalistlərə ETSN-nin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
“Ayın ən isti günü 32 dərəcə ilə mayın 23-ü, ən soyuq günü isə 14.3 dərəcə ilə mayın 10-u oldu. Orta aylıq temperatur 20 dərəcəyə yaxın olub, bu da iqlim normasından 1.5 dərəcə yüksəkdir. Nisbətən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması ay ərzində 9 dəfə baş verib.
Yağıntılar qeyri-bərabər paylanıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında normanın 89-124, Kiçik Qafqazın dağətəyi bölgəsində 50-58, mərkəzi-aran rayonlarında 24-71, Lənkəran-Astara zonasında 29-52, Qazax-Gəncə zonasında 45-50, Balakən-Şəki zonasında 45-97, Şabranda 113 faiz təşkil edib. Quba-Xaçmazda və Ağstafada isə normadan 1,5-3 dəfə çox olub.
İyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan yüksək olacağı gözlənilir. 2017, 2018, 2019-cu illərdə havanın temperaturu normadan 0,7-1,2 dərəcə yüksək olub, 2001, 2002, 2003 və 2008-ci illərdə isə iyun ayı nisbətən sərin keçib.
Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecələr 19-24, gündüzlər 26-31, bəzi küləksiz və isti günlərdə 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir.
Respublikanın aran bölgəsində maksimal temperaturun 30-35, bəzi günlərdə 37-39, dağlıq rayonlarda 19-24, bəzi günlərdə 28-30 dərəcə isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasından bir qədər az, bəzi şimal və şərq rayonlarında isə normaya yaxın olacağı ehtimal olunur”, - deyə U.Tağıyeva bildirib.
Sonda U.Tağıyeva qeyd edib ki, birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.
00:40 / 11 May 2026
220
00:29 / 11 May 2026
166
00:17 / 11 May 2026
230
23:54 / 10 May 2026
242
23:46 / 10 May 2026
231
22:48 / 10 May 2026
81
22:27 / 10 May 2026
83
22:27 / 10 May 2026
80
22:12 / 10 May 2026
87
21:24 / 10 May 2026
342
21:21 / 10 May 2026
81
21:17 / 10 May 2026
91
21:09 / 10 May 2026
91
21:01 / 10 May 2026
234
20:36 / 10 May 2026
84
20:00 / 10 May 2026
93
19:36 / 10 May 2026
99
18:54 / 10 May 2026
360
18:31 / 10 May 2026
106
17:59 / 10 May 2026
189
17:51 / 10 May 2026
109
17:49 / 10 May 2026
191
17:37 / 10 May 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.