Məşhur hotel sökülür?
11 May 2026, 00:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
814
30.05.2020, 14:38
"Ümumdünya Səhiyyə Təşkilatı tibbi maskdan istifadəni tövsiyyə edib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında də tibbi maskadan istifadə tələblərinin pozulmasına görə təklif edilən dəyişiklik müzakirə edilib".
OXU24.COM xəbər verir ki, bunu APA-ya açıqlamasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Qeyd edək ki, İnzibati Xəar Məcələsinə təklif edlən dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.
K. Cəfərov qeyd edib ki, tibbi maskadan istifadənin zəruriliyini doğru hesab edir:
"Çünki bəzi insanlar virus daşıyıcısı olduğu halda bilmir ki, onda virus var. Belə olan halda, onlar bilmədən digər şəxsləri də yoluxdura bilər. Tibbi maskadan istifadəmin əsas məqsəd odur ki, bilmədən ətrafdakıları da virusa yoluxdurmuş olmayasan. Cəmiyyətdə bir sıra fikirlər mövcuddur ki, tibbi maska virusun yayılmasının qarşısını almır, gərək xüsusi respiratorlu bahalı maskalardan istifadə olunsun. Amma bu fikirlər yanlışdır.
Həkimlər hesab edir ki, adi tibbi maska belə virus yayılması riskini 90 faizədək azaldır. Ona görə vətəndaşlarımızdan xahiş edirəm ki, şəxsi sağlamlıqları və cəmiyyətin ümumi rifahı üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qərarlara əməl etsinlər"
00:40 / 11 May 2026
220
00:29 / 11 May 2026
166
00:17 / 11 May 2026
230
23:54 / 10 May 2026
242
23:46 / 10 May 2026
231
22:48 / 10 May 2026
81
22:27 / 10 May 2026
83
22:27 / 10 May 2026
80
22:12 / 10 May 2026
87
21:24 / 10 May 2026
342
21:21 / 10 May 2026
81
21:17 / 10 May 2026
91
21:09 / 10 May 2026
91
21:01 / 10 May 2026
234
20:36 / 10 May 2026
84
20:00 / 10 May 2026
93
19:36 / 10 May 2026
99
18:54 / 10 May 2026
360
18:31 / 10 May 2026
106
17:59 / 10 May 2026
189
17:51 / 10 May 2026
109
17:49 / 10 May 2026
191
17:37 / 10 May 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.