Prezident İlham Əliyevin sosial media hesablarında Zəngilan səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
10 May 2026, 21:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
880
27.05.2020, 20:19
Bu günə qədər ermənilər zəlzələ yerinə xilasedici itlərlə gələn fransızları tərifləyirlər, hamıya təşəkkür edirlər, bir bizdən başqa… Sanki biz orada olmamışıq. Dəhşətdir. Azərbaycandan gələn traktorların təkərlərini təmizləyirdilər ki, burdan gedən bir toz belə Ermənistana düşməsin. Bu vəhşilikdir. Halbuki bu uşaqlar yüzlərlə insanı xilas etmişdilər.
Qaynarinfo Azpost.info-ya istinadla xəbər verir ki, bu sözləri Azərbaycan SSR Kommunist Partiyasının sabiq birinci katibi Əbdürrəhman Vəzirov Rusiyada fəaliyyət göstərən "Paxlava Production” internet televiziyasına verdiyi müsahibədə Ermənistanda 1988-ci ilin dekabrında baş vermiş zəlzələ və Azərbaycanın ora necə yardım etməsi ilə bağlı danışarkən deyib.
Ə.Vəzirovun sözlərinə görə, Ermənistanda zəlzələ baş verdikdən bir saat sonra Mərkəzi Komitənin Bürosunun iclasını çağırıb:
"Dedim ki, yardım prosesində iştirak etməliyik. Daha ora nələr göndərmədik?! Vaqonlarla sement, bitum, taxta… Bərpa üçün nə lazımdır, göndərdik. Elə oradaca mexanizatorlardan ibarət xilasedici dəstə formalaşdırdıq. Əvəzində nə ilə qarşılaşdıq? Bu günə qədər xilasedici itlərlə gələn fransızları tərifləyirlər, hamıya təşəkkür edirlər, bir bizdən başqa… Sanki biz orada olmamışıq. Dəhşətdir. Azərbaycandan gələn traktorların təkərlərini təmizləyirdilər ki, burdan gedən bir toz belə Ermənistana düşməsin. Bu vəhşlikdir. Halbuki bu uşaqlar yüzlərlə insanı xilas etmişdilər”.
Ə.Vəzirov deyib ki, Azərbaycan rəhbəri kimi o vaxt Ermənistana gedib:
"ABŞ-dan Moskvaya qayıdan Mixail Qorbaçov təyyarədən mənə zəng vurdu. Dedi, "hər şeyi bilirəm, köməyə görə çox sağ olun”. Daha sonra vurğuladı ki, düşünürəm, bu hadisə millətçi-separatçı əhvalı silib atacaq, bu adamlar ağıllanacaqlar.
Qorbaçov mənə zəlzələ baş vermiş Leninakana gəlməyi təklif etdi. Mən xüsusi təyyarə ilə Leninakana uçdum, orada bizi qəbul etmədilər”.
Ə.Vəzirov bildirirb ki, oradan İrəvana gediblər:
"Bir saatdan sonra Qorbaçovun təyyarəsi gəldi. Çox isti görüşdü, onun mikroavtobusuna mindik. Mən ona olduğum yerdə adamların dediklərini çatdırdım. Hər yerdə "Qarabağ”, ”Qarabağ”… Zəlzələni belə unutmuşdular. İrəvana gəlmiş Sovet rəhbərlərindən bunu tələb edirdilər. Baxın, Leninakanda insanları xilas edirlər, İrəvanda isə Qarabağla bağlı hər gün mitinq gedirdi. İrəvandakı iclasda ilk sözü Mərkəzi Komitənin katibi Qalayana verdilər. O, Qorbaçova dedi ki, siz yarım saatdan sonra Qarabağın Ermənistana verilməsi barədə fərman imzalamalısınız. İndiyə qədər bu, məni heyrətləndirir: insanlar necə belə qədirbilməz ola bilər? Onlar heç olmasa bir dəfə də olsun bu köməyə görə "çox sağ olun” deməyi bacarmadılar. Biz axı orada həm də azərbaycanlı gənclərdən ibarət xilasedicilərin həlak olduğu bir təyyarəni itirdik. Bundan bir kəlmə demədilər. Fransadan gətirilmiş xilasedici itlərin ölümünə görə başsağlığı verdilər, bizə yox! Biz isə vicdanla, bir qonşu və insan kimi davrandıq".
Qeyd edək ki, 1988-ci il zəlzələsindən Azərbaycanda yardım üçün gedən təyyarənin qəzası hələ də müamma olaraq qalır. Sözügedən təyyarənin ermənilər tərəfindən vurulduğu da bildirilirdi.
Həmin təyyarədə ermənilərə kömək üçün gedən onlarla azərbaycanlı həlak olmuşdu.

22:48 / 10 May 2026
39
22:27 / 10 May 2026
40
22:27 / 10 May 2026
43
22:12 / 10 May 2026
51
21:24 / 10 May 2026
232
21:21 / 10 May 2026
56
21:17 / 10 May 2026
59
21:09 / 10 May 2026
57
21:01 / 10 May 2026
67
20:36 / 10 May 2026
60
20:00 / 10 May 2026
70
19:36 / 10 May 2026
71
18:54 / 10 May 2026
311
18:31 / 10 May 2026
81
17:59 / 10 May 2026
168
17:51 / 10 May 2026
85
17:49 / 10 May 2026
168
17:37 / 10 May 2026
95
17:29 / 10 May 2026
431
17:19 / 10 May 2026
230
14:29 / 10 May 2026
110
14:25 / 10 May 2026
109
12:25 / 10 May 2026
945
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.