Pensiyaçılara ŞAD XƏBƏR
19 Noyabr 2026, 23:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1263
09.04.2020, 02:16
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" üzrə qeydə alınmış məlumatların mütəmadi olaraq təhlili aparılır.
Dövlət Agentliyindən Oxu24.com- a verilən məlumata görə, təhlillər zamanı müəyyən edilib ki, xüsusi karantin rejimi dövründə hüquqi şəxslərin vəzifəli şəxsləri və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər tərəfindən işçilər barədə məlumatlar icaze.e-gov.az portalına daxil edilərkən "Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının tələblərinin pozulması hallarına yol verilib.
"Bu cür hallara yol vermiş hüquqi və fiziki şəxslərdən 2020-ci il 9 aprel tarixindən etibarən icaze.e-gov.az portalından aşağıdakı şəxslərin icazələrinin ləğv edilməsi tələb olunur:
- xidmət və ya əmək müqaviləsi olmayan şəxslərin;
- fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan işçiləri istisna olmaqla, digər işçilərinin;
- yaşı 65-dən yuxarı olan, karantin rejiminində öz yaşayış yerini tərk etməsi ilə bağlı məhdudiyyət qoyulmuş işçilərinin.
Eyni zamanda, hüquqi və fiziki şəxslərdən tələb olunur ki, xüsusi karantin rejimi dövründə fəaliyyətini iş yerindən davam etdirmələri zəruri olan işçilərinin say həddini müəyyən etsinlər və işə gəlməsi vacib olmayan, fəaliyyətini evdən davam etdirən digər işçilərinin icazələrini portaldan silsinlər. 2020-ci il 10 aprel tarixindən başlayaraq karantin rejimi qaydalarına zidd olan icazələr portaldan avtomatik rejimdə ləğv ediləcək, eləcə də yuxarıda qeyd olunan tələblərə əməl etməyən hüquqi və fiziki şəxslər barəsində hüquq mühafizə orqanlarına məlumat veriləcəkdir", - deyə məlumatda qeyd olunub
23:06 / 19 Noyabr 2026
28
23:05 / 19 Noyabr 2026
39
22:59 / 19 Noyabr 2026
48
22:47 / 19 Noyabr 2026
68
22:43 / 19 Noyabr 2026
210
22:35 / 19 Noyabr 2026
71
22:31 / 19 Noyabr 2026
63
22:14 / 19 Noyabr 2026
72
22:10 / 19 Noyabr 2026
96
22:03 / 19 Noyabr 2026
75
22:01 / 19 Noyabr 2026
76
21:51 / 19 Noyabr 2026
72
21:48 / 19 Noyabr 2026
157
21:45 / 19 Noyabr 2026
561
21:42 / 19 Noyabr 2026
75
21:29 / 19 Noyabr 2026
84
21:18 / 19 Noyabr 2026
383
21:13 / 19 Noyabr 2026
89
21:05 / 19 Noyabr 2026
120
21:00 / 19 Noyabr 2026
90
20:48 / 19 Noyabr 2026
99
20:45 / 19 Noyabr 2026
1
20:42 / 19 Noyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.