Nazirlər Kabineti məktəblərlə bağlı yeni QƏRAR VERDİ
26 Oktyabr 2026, 21:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
714
08.04.2020, 13:10
"Epidemiyanın yaratdığı vəziyyət daşınmaz əmlak bazarına, evlərin qiymətinə o qədər də təsir göstərməyib. Çünki alqı-satqı demək olar ki, yox səviyyəsindədir. Amma kirayə mənzil bazarına ciddi təsir göstərib. Müşahidələrimizə görə, təxminən 10-15 faiz mənzillərdə boşalma var".
Bunu Redaktor.az-a açıqlamsında əmlak eksperti Ramil Qasımzadə deyib. O bilidirib ki, epidemiya kirayə mənzillərin boşalması ilə yanaşı, qiymətlərin də düşməsinə səbəb olub:
"Kirayə mənzillərdə qalan bir çox vətəndaş bayram ərəfəsində qeydiyyatda olduğu rayonlara gedib. Daha sonra vəziyyətlə əlaqədar geri qayıda bilməyiblər. Bu səbəbdən mənzillərin bir çoxu boşdur. Bəzi kirayənişinlər artıq mənzilləri geri qaytarıblar, bəziləri isə gözləmə mövqeyindədirlər. Boşalma ilə əlaqədər qiymətlərdə enmə də müşahidə olunur".
Fərdi yaşayış evlərinin sənədləşdirilməsi əmlak bazarını canlandıracaq
Ekspert qeyd edib ki, kirayə mənzil bazarında qiymətlərin aşağı düşməsi uzunmüddətli olmayacaq:
"Enmə təxminən 15-20 faiz civarındadır. O qədər də böyük rəqəm deyil. Amma bunun müvəqqəti olduğunu düşünürəm. Pandemiya aradan qalxdıqdan, əmək fəaliyyəti bərpa olunduqdan sonra qiymətlər əvvəlki vəziyyətinə dönəcək. Çünki anidən yenidən tələb yüksələcək. Tələb yüksəldikdən sonra isə qiymətlər qalxmağa başlayacaq. Bu da onunla əlaqədardır ki, kirayə mənzillərə, evlərə tələb həddindən artıq çoxdur. Hətta vəziyyət normallaşdıqdan sonra qiymətlərdə artımın olması da gözləniləndir. Ola bilər ki, pandemiya aradan qalxdıqdan sonra kirayə mənzil qiymətlərində artım da müşahidə olunsun".
21:58 / 26 Oktyabr 2026
9
21:53 / 26 Oktyabr 2026
12
21:44 / 26 Oktyabr 2026
33
21:32 / 26 Oktyabr 2026
34
21:30 / 26 Oktyabr 2026
36
21:05 / 26 Oktyabr 2026
599
21:02 / 26 Oktyabr 2026
66
20:56 / 26 Oktyabr 2026
68
20:30 / 26 Oktyabr 2026
73
20:26 / 26 Oktyabr 2026
75
20:17 / 26 Oktyabr 2026
73
20:07 / 26 Oktyabr 2026
92
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
107
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
86
17:45 / 26 Oktyabr 2026
189
17:01 / 26 Oktyabr 2026
124
17:00 / 26 Oktyabr 2026
389
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.