Oğlundan Fəzail Ağamalının vəfatı ilə bağlı açıqlama – müəyyənləşməyib…
10 Fevral 2026, 02:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
692
04.04.2020, 18:54
"İstəsək də, istəməsək də boşanmaların sayı azı iki dəfə artacaq”.
Bunu Yenicag.az-a açıqlamasında psixoloq Tariyel Faziloğlu koronavirusa görə dünyanın bir çox ölkələrində elan olunan karantin rejimi səbəbindən günü-gündən artan boşanmalara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, məcburiyyətdən bütün vaxtlarını birlikdə keçirən cütlüklər arasındakı problemlər boşanmalara qədər gətirib çıxarır:
"İnsan özünü maksimum dərəcədə fərdi izolyasiya etməlidir ki, sosial ünsiyyət doyumluluğuna çatmasın. Evdə qalan insanlar bir-birləri ilə çox ünsiyyətdə olsalar, artıq bu, baş verəcək və cütlüklər bir-birlərindən bezməyə başlayacaqlar”.
Psixoloq bunun qarşısını almaq üçün çıxış yolunu da göstərib:
Həmçinin oxuyun
"Hər gün işə gedirmiş kimi eyni saatda oyanmaq və vaxtında qidalanmaq lazımdır. Yerdə qalan vaxtlarda yeni dil öyrənmək, kitab oxumaqla gündəlik məşğuliyyətini təmin etmiş olar.
Cütlüklərin hər ikisi işləyən şəxsdirsə, əvvələr hər ikisi vaxtını evdən kənarda keçirirdisə, gündəlik proqramlarını ona uyğun olaraq, fərdi şəkildə qurmalıdır. Əks halda bu, maksimum dərəcədə ünsiyyət doyumluluğuna gətirib çıxarar”.
Psixoloq həyat yoldaşı evdar xanım olan kişilərə də məsləhət verib.
"Xanım evdə qalırsa, artıq evlə bağlı hər hansı bir proqramı, gündəlik rejimi var və həyat yoldaşının mütəmadi evdə qalması onun bütün proqramını pozur. Belə olduğu halda, xanım çalışmalıdır ki, gərginliyi biruzə verməsin və bu da böyük münaqişələrə gətirib çıxarmasın. Kişilər, siz isə xanımlarınızın günlük proqramına çalışın, az müdaxilə edin, çünki bu, onlarda qıcıq yaradacaq”.
02:39 / 10 Fevral 2026
282
01:02 / 10 Fevral 2026
228
00:33 / 10 Fevral 2026
145
00:11 / 10 Fevral 2026
390
00:09 / 10 Fevral 2026
182
00:05 / 10 Fevral 2026
179
23:55 / 09 Fevral 2026
118
23:55 / 09 Fevral 2026
2410
23:52 / 09 Fevral 2026
173
23:48 / 09 Fevral 2026
635
23:46 / 09 Fevral 2026
85
23:44 / 09 Fevral 2026
103
23:31 / 09 Fevral 2026
651
23:30 / 09 Fevral 2026
236
23:29 / 09 Fevral 2026
213
23:28 / 09 Fevral 2026
89
23:23 / 09 Fevral 2026
86
23:19 / 09 Fevral 2026
286
23:16 / 09 Fevral 2026
802
23:13 / 09 Fevral 2026
130
23:07 / 09 Fevral 2026
266
23:03 / 09 Fevral 2026
283
22:57 / 09 Fevral 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.