Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan vətəndaşı Moldovada vəfat etdi: Nəşi ölkəyə gətirilə bilmir +FOTOLAR

Azərbaycan vətəndaşı Moldovada vəfat etdi: Nəşi ölkəyə gətirilə bilmir +FOTOLAR

CƏMİYYƏT

2701

03.04.2020, 20:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Moldovada vəfat edən Azərbaycan vətəndaşının  nəşi Azərbaycana gətirilə bilmir.

Oxu24.com xəbər verir ki, 1963-cü il təvəllüdlü Alıyev Fikrət  Moldovanın paytaxtı Kişinyov şəhərində vəfat edib. Mərhumun nəşi iki gündür ki, morqda saxlanılır. Koronovirus epidemiyası ilə əlaqədar olaraq mərhumun nəşi Azərbaycana gətirilə bilmir.

Vəfat edən şəxsin ailə üzvləri Oxu24.com saytına müraciət edərək ölkə Prezidenti İlham Əliyevdən kömək istəyib.

Mərhumun oğlu  Elnur Alıyev  bildirib  ki, atası  Moldovada beyin əməliyyatı  keçirib  və əməliyyat  zamanı  vəfat  edib.

 

" Atamın nəşini Azərbaycana gətirə  bilmirik. Bu bizi  çox narahat  edir. Koronovirusa görə ölkələr arasında hava limanları  bağlıdır. Yalnız xüsusi  reyslər işləyir. Ölkə Prezidenti cənab İlham Əliyevdən xahiş edirik. Bizə kömək edin. Atamın nəşini  Azərbaycana gətirək".

Qeyd edək ki, məsələ ilə  bağlı Azərbaycanının Moldovada olan səfirliyi  məlumatlandırılıb.