TƏBİB-in İcraçı direktorunun müşaviri təyin olunan Töhfə Cəmilova kimdir?
04 May 2026, 16:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4859
02.04.2020, 17:08
Xüsusi karantin rejimi müddətində ünvanlı yardımın təyin olunma müddəti bitən ailələrə həmin yardımın verilməsi davam edəcək.
Bu barədə Oxu24.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aztəminatlı ailələrin sosial müdafiəsi diqqətdə saxlanılır.
Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi prosedurunun sadələşdirilməsi barədə” 1 aprel 2020-ci il tarixli Qərarı da bu məqsədə xidmət edir.
Qərara əsasən, ölkəmizdə martın 1-dən etibarən xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılır.
Belə ki, qanunvericiliyə uyğun olaraq, ünvanlı sosial yardımı ailəyə iki il müddətinə təyin olunur. Lakin indiki şəraitdə bu müddət bitdiyi halda, ailəyə yardımın verilməsi dayandırılmayacaq. Ailənin təkrar olaraq yardım üçün müraciət etməsinə ehtiyac qalmadan, eyni məbləğdə həmin yardımın xüsusi karantin rejimi dövründə də ödənişi davam edəcək.
Hazırda 70 minədək ailə ünvanlı dövlət sosial yardımı ilə təmin olunur və orta hesabla hər ailəyə aylıq 216 manat sosial yardım verilir.
Həmçinin oxuyun
Mart ayı ərzində 3516 ailəyə sosial yardımın verilmə müddəti başa çatsa da, yardımın ödənişi davam etdiriləcək.
Günün təklif olunan videosu:Ekvadorda koronavirusdan ölənlərin meyitləri küçəyə atılıb.
16:03 / 04 May 2026
9
16:00 / 04 May 2026
14
15:49 / 04 May 2026
50
15:43 / 04 May 2026
28
15:39 / 04 May 2026
31
15:38 / 04 May 2026
31
15:29 / 04 May 2026
291
15:23 / 04 May 2026
32
15:19 / 04 May 2026
32
15:09 / 04 May 2026
47
15:05 / 04 May 2026
144
14:43 / 04 May 2026
613
14:02 / 04 May 2026
61
13:45 / 04 May 2026
58
13:43 / 04 May 2026
58
12:46 / 04 May 2026
60
12:25 / 04 May 2026
57
11:55 / 04 May 2026
60
11:55 / 04 May 2026
78
11:55 / 04 May 2026
74
11:49 / 04 May 2026
56
11:41 / 04 May 2026
61
11:35 / 04 May 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.