Bahadur xan Mallaçixanov kim olub?
19 Noyabr 2026, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
896
30.03.2020, 18:56
Xalq artisti Habil Əliyevin qızı Vəfa Əliyevanın koronavirusa tutulması ilə bağlı xəbər yayılıb.
Oxu24.com kulis.az-a istinadən xəbər verir ki, o, xəbəri təsdiqləyərək xəstəxanada karantin rejimində olduğunu bildirib:
“Hal-hazırda xəstəxanadayam. Məndə heç nə yox idi. Dördüncü gün səhər yuxudan oyananda qızdırmam olduğunu gördüm və artıq evdən çıxmadım. Mən özüm həkiməm, ona görə də belə halları başa düşürəm. Çünki, xəstəlik ümumiyyətlə qızdırma periodunda yoluxdurur. Qızdırmam əsasən 37.1, 37.2, 37.3 olurdu. Sizə deyim ki, elə yüksək hərarət yox idi. Həmin gün iki saatdan bir qızdırmamı ölçdüm. Üç gün dalbadal qızdırmam qalxıb düşdü. Qızdırma ilə yanaşı tək-tək öskürək də vardı. Ondan sonra özüm referans laboratoriyaya zəng vurdum. Analizləri götürdülər, nəticələr pozitiv çıxdı. Özüm gəldim Tədris Terapiyaya, dedim, istəyirəm gedib müalicəmi alım, həkimlərin əlinin altında olum, qorxuram."
Vəfa xanım daha sonra əlavə edib:
"Evdə ailə üzvlərimi də karantinə alıblar, onlardan analizlər götürülüb. Üç-dörd günə cavab gələcək. Bu gün ciyərlərim rentgen olundu, satratsiyam da normaldı. Qan analizim təmiz çıxdı. Hər şey təmiz çıxdı, amma virusa yoluxmuşam. İmmunitetim maşallah görünür davamlı imiş ki, belə ağır keçirmədim. İndi hal-hazırda sistemin altındayam. Mən iyirmi beş min adama cavabdeh olan poliklinkada işləyirəm. Sonuncu günləri gücləndirilmiş iş rejimi ilə işlədim. Heç evə getmədik. Sutkalarla işdə qalırdım. İmmunitetim aşağı düşdü. Görünür kimdəsə olub, kontakta olmuşam, düşüb."
V.Əliyeva işləri haqqında da söz açıb:
"Dünən bura 25 nəfər adam gətirilib. Əksəriyyəti də həkimdir. Hal-hazırda mən bir xanımla iki nəfərlik otaqda sistemin altındayam. Deyirlər ki, yoluxan həkimlər çoxdur. Həkimlərin yoluxması normaldır. Özümü psixoloji cəhətdən diri saxlamğa çalışıram. Allaha şükür, dövlətimiz hər cəhətdən kömək edir. Dərmanlarımız, təhciatımız, savadlı həkimlərimiz var. Əgər hər şey yaxşı olsa, on dörd gündən sonra buraxacaqlar."
23:26 / 19 Noyabr 2026
42
23:22 / 19 Noyabr 2026
45
23:15 / 19 Noyabr 2026
52
23:15 / 19 Noyabr 2026
60
23:06 / 19 Noyabr 2026
112
23:05 / 19 Noyabr 2026
76
22:59 / 19 Noyabr 2026
76
22:47 / 19 Noyabr 2026
87
22:43 / 19 Noyabr 2026
320
22:35 / 19 Noyabr 2026
83
22:31 / 19 Noyabr 2026
70
22:14 / 19 Noyabr 2026
79
22:10 / 19 Noyabr 2026
101
22:03 / 19 Noyabr 2026
77
22:01 / 19 Noyabr 2026
79
21:51 / 19 Noyabr 2026
78
21:48 / 19 Noyabr 2026
174
21:45 / 19 Noyabr 2026
599
21:42 / 19 Noyabr 2026
80
21:29 / 19 Noyabr 2026
87
21:18 / 19 Noyabr 2026
414
21:13 / 19 Noyabr 2026
93
21:05 / 19 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.