Qaynar xətt:

(+99450) 247 90 86

Üç ay müddətinə əhalinin kommunal ödənişləri bağışlana bilər

2020/03/30/1585513261_qaz23.jpg

CƏMİYYƏT

2609

30.03.2020, 00:19

"Müstəqillikdən üzü bəri Azərenerji, Azərqaz, Azərsu büdcədən dəfələrlə yüzmilyon manatla ölçüləcək yardım alıblar, onların vergi borcları silinib".

Oxu24.com -un  xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib.

 

"Büdcə həm də vətəndaşın vergisi ilə formalışır - deməli biz, vətəndaşlar onlara büdcə vasitəsi ilə həmişə yardım etmişik. İndi borcumuzu qaytarsınlar - 3 ay müddətinə əhalinin bütün kommunal ödənişləri bağışlanılsın. Qərar mart-aprel-may aylarına şamil edilməlidir. Borcumuzu qaytarın!" - N.Cəfərli qeyd edib.