Ödəniş kartları ilə bağlı dələduzluq hallarında artim - VİDEO
08 Fevral 2026, 23:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
623
29.03.2020, 23:25
Qoç - uğurlu gündür. O, iş və təhsillə bağlı istənilən məsələnin həlli üçün uyğundur. İntellektual potensialınız çox yüksəkdir, siz yorğunluq hiss etməyəcəksiniz. Sərfəli əməkdaşlıq qurmaq üçün şansınız var, insanlar sizə tərəf can atırlar, onlarla işbirliyi yaratmaq işinizə yarayacaq.
Buğa - şəxsi cəbhədə işlər heç də pis deyil. Yaxınlarınızın sizi başa düşməməsi və ya özünüzüə qarşı diqqətsizlik hiss etməyəcəksiniz. Ən çox nəzarət yetirməli olduğunuz sahə isə maliyyə durumunuzdur. Gərəksiz yerə pul sərf etməli olacaqsınız.
Əkizlər - çətindir. Necə deyərlər, öz əliniz, öz başınız. Kimsə sizə nə kömək edir, nə də dəstəkləyir. Adətən, belə hallara sakit yanaşırsınız. Bundan başqa, təklik sizə həmişə daha yaxşı işləməyə kömək edirdi. Ancaq məhz bu gün tərəfdaşlara, köməkçilərə, hətta heç olmasa, bir-iki xoş söz deməyi bacaran insana ehtiyacınız var.
Xərçəng - şəxsi münasibətlərə gəldikdə isə eyni sözləri söyləmək çətindir. Təsiri altında olduğunuz birisi sizə yaxşılıq etməyə çalışır, amma o, yaxşılığı tamam başqa cür başa düşür. Yaxşı olar ki, özünüzdə güc tapıb ona müqavimət göstərəsiniz, əks halda sonradan xeyli peşman olacaq və havayı yerə əsəb hüceyrələrinizi məhv edəcəksiniz.
Şir - ailə məsələləriniz isə düzəlməkdədir. Maliyyə, daşınmaz əmlak məsələlərini, müştərək layihələri müzakirə etmək asan olacaq. Uzaqdan vacib xəbərlər ala bilərsiniz.
Qız - hadisələr sürətlə inkişaf edir, amma bu, sizi qorxutmur. İstiqaməti düzgün təyin edərək, doğru qərarlar verirsiniz. Bəzən bunu necə etdiyinizə özünüz də mat qalırsınız. Faydalı tanışlıqlar quracaq və güvənə biləcəyiniz insanların etibarını qazanacaqsınız.
Həmçinin oxuyun
Tərəzi - mürəkkəb gündür. Belə görünə bilər ki, hər şey əladır: siz enerjilisiniz, ünsiyyətcil və cazibədarsınız. İşlərinizdəki irəliləyişə nə mane ola bilər ki? Amma yanılırsınız. Elə enerjinizin çox olması işləri korlayır - onu düzgün məcraya yönəldə bilmirsiniz. Bir çox Tərəzilər aqressiv olacaqlar.
Əqrəb - şəxsi həyatınızda dəyişikliklər mümkündür. Bu gün "öz" adamlarınızı hiss edir, onlarla asan dil tapırsınız. Odur ki, bu gün başlanan eşq macəralarının davamı gələcək. Üstəlik, danışıqlara çox, işlərinizə isə az vaxt sərf edirsiniz. Çox nahaq. Düzdür, şirin söhbətdən əl çəkmək çətindir, amma işlərinizi sizin əvəzinizə heç kim görməyəcək.
Oxatan - gün başlayarkən özünüzü gümrah hiss edəcəksiniz, əhvalınız yaxşı olacaq. Amma optimizminizə güvənməyin: asan qələbə yoxdur. Rəhbərlik sizi düşüncəsizlikdə, işinizə qeyri-ciddi yanaşmaqda günahlandıra bilər. Əlbəttə, onların sözündə bir az həqiqət var, çünki məişət və şəxsi işləriniz sizə daha cəlbedici görünür və işdəki problemləri bir qırağa qoymaqda qərarlısınız.
Oğlaq - peşəkar baxımdan gün çox uğurludur. Yeni layihələrin başlanması, müqavilələrin imzalanması, əməkdaşlıq üçün yaxşı dövrdür. İşgüzar danışıqları yüksək səviyyədə aparır, etibarlı tərəfdaşlar tapmaqla yanaşı, eyni zamanlda hamını özünüzə valeh edirsiniz.
Dolça - çox məhsuldar gündür. Siz enerjili və qətiyyətlisiniz. Dialoqa hazırsınız. Düşmənlərinizin cəbhəsində yer alan insanları sizin tərəfinizə keçməyə inandıra bilirsiniz. Ola bilər ki, əlinizə pul gəlsin. O, gözlədiyinizdən qat-qat çox ola bilər. Şəxsi həyatınızda da hər şey gözəldir. İntuisiyanız güclüdür.
Balıqlar - günün emosional fonu xoşdur. Nə olursa-olsun, əhvalınız yaxşı olacaq. Ətrafınıza xoş niyyətli insanları toplayırsınız, onlar çətin anlarınızda köməyinizə gəlir, hətta işlərinizi də sizin əvəzinizə görürlər. Məlahətinizdən məharətlə istifadə edərək düşmənlərinizi dosta çevirməyə çalışırsınız.
01:29 / 09 Fevral 2026
148
00:55 / 09 Fevral 2026
88
23:59 / 08 Fevral 2026
158
23:49 / 08 Fevral 2026
117
23:31 / 08 Fevral 2026
173
23:16 / 08 Fevral 2026
326
23:05 / 08 Fevral 2026
1219
22:49 / 08 Fevral 2026
226
22:45 / 08 Fevral 2026
2531
22:26 / 08 Fevral 2026
178
22:05 / 08 Fevral 2026
178
21:44 / 08 Fevral 2026
155
21:26 / 08 Fevral 2026
242
21:07 / 08 Fevral 2026
175
20:44 / 08 Fevral 2026
167
20:31 / 08 Fevral 2026
229
20:23 / 08 Fevral 2026
3493
20:17 / 08 Fevral 2026
322
19:58 / 08 Fevral 2026
253
19:37 / 08 Fevral 2026
199
19:24 / 08 Fevral 2026
559
19:03 / 08 Fevral 2026
343
18:15 / 08 Fevral 2026
278
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.