Qaynar xətt:

(+99450) 247 90 86

Koronavirusdan ölənlər necə dəfn olunur? - TƏBİB rəsmisindən açıqlama

Koronavirusdan ölənlər necə dəfn olunur? - TƏBİB rəsmisindən açıqlama

CƏMİYYƏT

870

29.03.2020, 20:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusdan dünyasını dəyişən şəxslərin necə dəfn olunması ilə bağlı məsələyə aydınlıq gətirib.

OXU24.COM  xəbər verir ki, bu barədə TƏBİB-in cənub ərazi bölməsi üzrə koordinatoru, infeksion xəstəliklər üztə mütəxəssis Fərrux Sədirov açıqlama verib.

O bildirib ki, koronavirusdan ölən şəxslərin dəfni ilə əlaqədar xüsusi tədbirlərə ehtiyac yoxdur: "Bu, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində də yer alır".

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva isə bundan öncə KİV-ə açıqlamasında qeyd etmişdi ki, koronavirusdan ölən şəxs normal dini qaydalarla dəfn oluna bilər: "Bu, başqa tənəffüs infeksiyalari kimi xəstəlikdir. ÜST tərəfindən hər hansı xüsusi tapşırıqlara rast gəlməmişik. Spesifik nəsə yoxdur".