Nazirlər Kabinetdən maaşlarla bağlı QƏRAR
26 Oktyabr 2026, 22:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
688
29.03.2020, 19:58
Sosial şəbəkələrdə bərbərxanaların və gözəllik salonlarının fəaliyyətini davam etdirməsi ilə bağlı müzakirələr gedir.
Oxu24.com xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, 29 mart, saat 00:00-dan etibarən Azərbaycan ərazisində xüsusi karantin rejimi gücləndirilib:
“Xüsusi karantin rejimi dövründə bütün ictimai-iaşə obyektlərində - kafe, restoran, çay evlərində müştərilərə yerində xidmət dayandırılıb. Bu obyektlərdən məhsulların evə çatdırılma xidmətinə isə məhdudiyyətsiz icazə verilib.
Supermarketlər, ərzaq mağazaları və apteklər isə fəaliyyətini davam etdirir.
“Bərbərxana, gözəllik salonları, avtomobil təmiri sexləri, oyun salonları və digər buna bərabər əhaliyə yerində xidmət göstərən obyektlərin fəaliyyəti də dayandırılıb.
Fiziki və hüquqi şəxslərdən xahiş edirik ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl etsinlər. Əks təqdirdə, qanunvericiliyə uyğun olaraq cəzalandırılacaqlar”, - deyə E.Hacıyev qeyd edib.
Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah koronavirusla bağlı əlavə tədbirlər haqqında məlumat yayıb.
Məlumata əsasən, 29 mart, saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.
Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılıb.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.
Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilib.
22:34 / 26 Oktyabr 2026
78
22:30 / 26 Oktyabr 2026
31
22:11 / 26 Oktyabr 2026
23
22:11 / 26 Oktyabr 2026
34
22:04 / 26 Oktyabr 2026
66
22:02 / 26 Oktyabr 2026
60
21:58 / 26 Oktyabr 2026
57
21:53 / 26 Oktyabr 2026
81
21:44 / 26 Oktyabr 2026
62
21:32 / 26 Oktyabr 2026
64
21:30 / 26 Oktyabr 2026
66
21:05 / 26 Oktyabr 2026
889
21:02 / 26 Oktyabr 2026
77
20:56 / 26 Oktyabr 2026
84
20:30 / 26 Oktyabr 2026
89
20:26 / 26 Oktyabr 2026
83
20:17 / 26 Oktyabr 2026
79
20:07 / 26 Oktyabr 2026
99
19:57 / 26 Oktyabr 2026
72
19:43 / 26 Oktyabr 2026
1
19:43 / 26 Oktyabr 2026
94
19:17 / 26 Oktyabr 2026
78
19:00 / 26 Oktyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.