Saçların daha güclü və gur olması üçün şampuna nə əlavə etmək olar?
27 Oktyabr 2026, 00:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
697
28.03.2020, 19:07
Xüsusi karantin rejimi dövründə polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı Qaydası təsdiqlənib.
Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Qaydaya əsasən polis postlarından aşağıdakı şəxslər və onların nəqliyyat vasitələri buraxılır:
- operativ nəqliyyat vasitələri, o cümlədən yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin, feldyeger rabitəsi orqanının, pul mədaxilinin inkassasiyası üçün nəzərdə tutulan, "Azərpoçt" MMC-yə məxsus olan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri;
- yük daşıyan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri;
- təcili tibbi zərurətlə əlaqədar səfər edən şəxslər və onlar ilə gedən ailə üzvləri (2 nəfərdən çox olmamaqla) yaxud qanuni nümayəndələri – təcili müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubunu (arayışını) təqdim etməklə;
- respublikanın tibb müəssisələrində qeydiyyatda olan və mütəmadi müalicə almaq üçün müvafiq tibb müəssisələrinə gedən şəxslər – polis postlarında olan müvafiq adlı siyahılar üzrə yoxlanıldıqdan sonra;
- yaxın qohumu ölmüş şəxslər (valideyni, əri (arvadı), övladı, qardaşı, bacısı, babası, nənəsi, nəvəsi, qaynatası, qaynanası) – ölüm faktını təsdiq edən tibb müəssisəsinin arayışını təqdim etməklə;
- xüsusi karantin rejimi elan olunmazdan qabaq respublikanın digər şəhər və rayonlarına getmiş Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan evlərinə qayıdan şəxslər;
- xüsusi karantin rejimi elan olunmazdan qabaq Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna gəlmiş digər şəhər və rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan evlərinə qayıdan şəxslər;
- öz ölkələrinə qayıdan xarici dövlətlərin vətəndaşları.
Dövlət əhəmiyyətli və həyat təminatlı müəssisə və təşkilatların rəhbərləri işçilərinin polis postlarından buraxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə əsaslandırılmış rəsmi müraciət ünvanlayırlar ([email protected]). Müraciətdə polis postlarından buraxılmalı olan işçilərin adlı siyahısı, onların şəxsiyyətini təsdiq edən sənədin (xidməti vəsiqənin) seriyası və nömrəsi, polis postlarından buraxılmalı olan nəqliyyat vasitələrinin markası və nömrəsi göstərilir.
Müraciətlərə 24 saat müddətində baxılaraq qərar qəbul olunur və bu barədə təşəbbüskar rəsmi məlumatlandırılır.
Eyni vaxtda polis postundan 5-dən artıq işçisi keçən müəssisə və təşkilatın onların daşınması üçün üzərində loqosu olan sərnişindaşıma nəqliyyat vasitəsi (avtobus, mikroavtobus və s.) ayırmalıdır.
Polis postundan keçən bütün şəxslər şəxsiyyəti təsdiq edən sənədləri təqdim etməlidirlər.
00:42 / 27 Oktyabr 2026
1
00:00 / 27 Oktyabr 2026
41
23:43 / 26 Oktyabr 2026
77
23:30 / 26 Oktyabr 2026
65
23:16 / 26 Oktyabr 2026
79
23:08 / 26 Oktyabr 2026
67
22:58 / 26 Oktyabr 2026
78
22:56 / 26 Oktyabr 2026
79
22:51 / 26 Oktyabr 2026
64
22:34 / 26 Oktyabr 2026
322
22:30 / 26 Oktyabr 2026
78
22:11 / 26 Oktyabr 2026
81
22:11 / 26 Oktyabr 2026
72
22:04 / 26 Oktyabr 2026
90
22:02 / 26 Oktyabr 2026
83
21:58 / 26 Oktyabr 2026
72
21:53 / 26 Oktyabr 2026
182
21:44 / 26 Oktyabr 2026
76
21:32 / 26 Oktyabr 2026
78
21:30 / 26 Oktyabr 2026
78
21:05 / 26 Oktyabr 2026
1333
21:02 / 26 Oktyabr 2026
89
20:56 / 26 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.