Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda quşlar kütləvi şəkildə ölür- Foto

Bakıda quşlar kütləvi şəkildə ölür- Foto

CƏMİYYƏT

850

28.03.2020, 18:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün paytaxtın bir sıra ərazilərində qumruların kütləvi ölümü müşahidə edilib. Quşların hansı səbəbdən öldüyü məlum deyil.

Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sektor müdiri Ramiz Salmanovun sözlərinə görə, quşların qida zəhərlənməsindən ölmə ehtimalı var:

“Bütün hallarda məsələ araşdırılmalıdır. Düşünmürəm ki, bu quş qripi və ya hər hansı virusla bağlı olsun. Elə olan halda regionlardan da müraciətlər daxil olardı. Nəzərə alsaq ki, qumrular tək-tək deyil, ərazilərdə toplu halda müşahidə edilirlər. İlkin ehtimal kimi bunu hər hansı köhnə qidadan, yemlərdən zəhərlənmə kimi qiymətləndirmək olar. Yaxşı olardı ki, o quşlar yaxınlıqdakı zibil qutularına atılsın və ya yandırılsın. Hər hansı virus ehtimalı varsa belə, yayılmasının qarşısı alınsın”.