Qaynar xətt:

(+99450) 247 90 86

Daha 400-ə yaxın Azərbaycan vətəndaşı ölkəyə qaytarılacaq

Daha 400-ə yaxın Azərbaycan vətəndaşı ölkəyə qaytarılacaq

CƏMİYYƏT

1022

27.03.2020, 00:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son günlərdə 400 nəfərə yaxın Azərbaycan vətəndaşının ölkəyə qaytarılmasına nail olunub.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, növbəti həftələrdə müəyyən olunmuş qrafik əsasında daha 200-400 arası vətəndaşımızın Azərbaycana qaytarılması nəzərdə tutulur.