Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub
26 Oktyabr 2026, 22:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
822
26.03.2020, 21:02
Oxu24.com baku.ws-ə istinadən xəbər verir ki, belə bir iddia ilə çıxış edən 69 yaşlı Salman Cavadov ixtisasca memardır. O, yadplanetlilərlə görüşdüyünü iddia edir. Onun sözlərinə görə ilk dəfə o, 1995-ci ildə uçan boşqab tərəfindən qaçırılıb. Amma bu uzun müddətli olmayıb. Hadisə 2002-ci ildə yenidən təkrarlanıb.
Salman Cavadovun sözlərinə görə, o, gecəyarı eyvanda hündür məsafədən işıq gəldiyini görür. Eyvana çatanda həmin işıq qəfildən sönür. Beləliklə eyvana düşən şüa və keyləşmə vasitəsi ilə Salman özünü uçan boşqabın içərisində görür. Uçan boşqabı təsvir edən Salman müəllim onun tərkibinin alüminuma bənzədiyini söyləyir. Sakinlərinin xarici görünüşünə gəldikdə isə başlarının üçbucaqlı formasinda və onların üçbarmaqlı olduğularını qeyd edir.
Salman Cavadov iddia edir ki, onu hündür mərtəbəyə qaldırıb bir otağa salıblar. Onu tanımadığı bir cihazın üstünə uzadıb beyninə naqillər keçiriblər. 15 dəqiqə keçdikdən sonra onu həmin cihazdan ayırdılar və o bədənin boşaldığını, zəiflədiyini hiss edib.
Telepatik yolla onlara "mənə nə etdiniz” sualı verən Salman müəllimə cavablarında ona yerdə aldığı elmin sürətini çıxartdıqlarını söylədilər və beynin sol yarımkürəsindəki epifiz vəzinin gücləndirdiklərini dedilər. Onun sözlərinə görə beyninin işləmə qabiliyyəti onları qane etməsəydi o zaman onu geri qaytarıb beynini pozacaqdılar ve qəhrəmanım heç nəyi xatırlamayacaqdı.
Salman müəllimin iddialarına görə Yer kürəsini onlar canlandırıb. O, qeyd etdi ki, onların məqsədi özlərini Yer insanlarına reklam etməkdir. Hətta Salman müəllim vurğuladı ki, onlar yerdəki insanları öz planetlerinə aparmağı arzulayır.
Cavadov yerdəki insanlardan yad planetdə gördüyünü də qeyd etdi. Hazırda da o, yadplanetlilərlə əlaqədə olduğunu telepatik vasitə ilə onlarla söhbət etdiyini vurğuladı. Salman Cavadov onlara aid olan məlumatları da kimsəylə bölüşmədiyini dedi.
Salman Cavadov ordan xoş əhval-ruhiyyə ilə qayıtdığını söylədi. Onun sözlərinə görə Günəş şüaları yenicə çıxan zaman həmin uçan boşqab qəhrəmanımızı götürdüyü eyvana geri gətirdi. Salman Cavadovun sözlərinə görə növbəti görüş də gözlənilir və o, əbirsizliklə həmin günü gözləyir.
22:02 / 26 Oktyabr 2026
1
21:58 / 26 Oktyabr 2026
12
21:53 / 26 Oktyabr 2026
16
21:44 / 26 Oktyabr 2026
34
21:32 / 26 Oktyabr 2026
34
21:30 / 26 Oktyabr 2026
37
21:05 / 26 Oktyabr 2026
608
21:02 / 26 Oktyabr 2026
66
20:56 / 26 Oktyabr 2026
68
20:30 / 26 Oktyabr 2026
73
20:26 / 26 Oktyabr 2026
75
20:17 / 26 Oktyabr 2026
73
20:07 / 26 Oktyabr 2026
92
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
107
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
86
17:45 / 26 Oktyabr 2026
189
17:01 / 26 Oktyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.