Bakının qış havası təhlükədə: Zəhərli tullantılar havaya qarışır - Ekoloqdan XƏBƏRDARLIQ
27 Oktyabr 2026, 19:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1478
25.03.2020, 22:08
“Özləri bilir ki, mənim FETÖ şərəfsizi ilə bir işim olmadı, ola bilməz də. Dövlətin içindəkilər, hüquq sisteminin içindəkilər bunu bilirlər”.
Pravda.az-ın xəbərinə görə, bunu “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov cəzaçəkmə müəssisəsindən göndərdiyi məktubda qeyd edib.
“Hörmətli cümhurbaşqanım Rəcəb Tayyib Ərdoğanın bəlkə də olanlardan xəbəri yoxdur. Mən hər zaman onu dünyada ən ədalətli və düzgün başqan, qardaş bildim. Sırf onun tövsiyyəsinə görə, 2015-də şirkətlərimi Türkiyəyə köçürtdüm. 2019-cu ildən xaricdə haradasa heç bir şirkətim qalmadı. 2016-cı ildə hər kəs Türkiyədən qaçarkən Türkiyə məmləkətimə valyuta daxil olsun deyə, xarici şirkətlərdəki pulları Türkiyəyə gətirdim. Çünki mənim üçün cənab Rəcəb Tayyib Ərdoğanın söylədikləri əmrdir. 2013-ci ildə cənab Rəcəb Tayyip Ərdoğan mənə "Maltada nə işin va, Mübariz, şirkətlərini Türkiyəyə daşı. Türk oğlunun vətəninə xeyir verməsi lazım” çağırışını bir komandirin əmri kimi yerinə yetirməyə başladım. Bununla da yetinməyib cənab Rəcəb Tayyip Ərdoğanın 2005-ci ildə "Mübariz, nədən Türkiyə vətəndaşı deyilsən” deyəndə İsveçrə vətəndaşlığından imtina edib Türkiyə vətəndaşlığını seçdim. Əcəba, yanlışmı etdim? İllərlə Türkiyənin hüquq dövləti olduğuna inandım və hər zaman hüquq yolunu seçdim. "Mübariz, bunu sənə necə etdilər Türkiyədə” deyə özümdən soruşuram. Ürəyim sinəmdən çıxmaq üzrədir və buna cavab tapa bilmirəm. İnanmıram, bura Türkiyədirmi? Bu baş verənlər Türkiyədəmi olur? Düşünürəm ki, bu qədər asanmı bir insanın haqqını əzib keçmək, təəssüf ki, bir cavab tapa bilmirəm. Anladığım qədərilə məni sifariş edənlər insanlardan oğurladıqları pullarla çox böyük pullar ödəyiblər. Bu saatdan sonra heç təəccüblənmərəm kamerada nüvə silahı tapsalar... Türkiyə ədalətinə səslənirəm. Bu saatdan sonra halal pul qazanmış iş adamları gəlib Türkiyəyə investisiya qoyarmı? Avropa vətəndaşlığından çıxıb Türkiyə vətəndaşlığını alarmı? Amma mən sizə sizdən fərqli olduğumu sübut edəcəm. Özümü Allaha təslim edib ölüm aclığını sonuna qədər davam etdirəcəyəm. Siz məni bu qəfəsdə tuta bilməzsiniz. Allahın izni ilə qısa zamanda Allahın əmri və hökmü ilə yolumun sonuna çataram. Siz zavallılarda nə ürək, nə vicdan, nə qeyrət olduğunu çox insan görür. Mənim sevdam və dualarım, sadəcə, şərəfli haqq yolunu seçən insanlaradır. Və son olaraq, türk dünyasının gəlmiş və keçmiş ən böyük liderlərindən olan ulu öndər Atatürkün bir sözünü söyləmək istəyirəm. Məni görmək mütləq üzümü görmək demək deyil, fikirlərimi, duyğularımı anlasanız, hiss etsəniz kifayətdir. Hamınızın önündə baş əyirəm, böyüklərin əllərindən, kiçiklərin gözlərindən öpürəm. Allaha əmanət olun, halal yaşayın” – M.Mənsimov qeyd edib.
19:01 / 27 Oktyabr 2026
8
18:54 / 27 Oktyabr 2026
26
18:49 / 27 Oktyabr 2026
134
18:46 / 27 Oktyabr 2026
28
18:41 / 27 Oktyabr 2026
31
18:34 / 27 Oktyabr 2026
50
18:30 / 27 Oktyabr 2026
65
18:23 / 27 Oktyabr 2026
58
18:20 / 27 Oktyabr 2026
63
18:05 / 27 Oktyabr 2026
112
18:05 / 27 Oktyabr 2026
101
18:02 / 27 Oktyabr 2026
72
18:00 / 27 Oktyabr 2026
69
17:50 / 27 Oktyabr 2026
70
17:33 / 27 Oktyabr 2026
1016
17:29 / 27 Oktyabr 2026
98
17:27 / 27 Oktyabr 2026
145
17:19 / 27 Oktyabr 2026
108
17:16 / 27 Oktyabr 2026
96
17:13 / 27 Oktyabr 2026
92
17:02 / 27 Oktyabr 2026
145
16:56 / 27 Oktyabr 2026
85
16:51 / 27 Oktyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.