Qaynar xətt:

(+99450) 247 90 86

Neftçalanın icra başçısı ilk maaşını almadı

Neftçalanın icra başçısı ilk maaşını almadı

CƏMİYYƏT

672

25.03.2020, 22:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Neftçala Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayrılması ilə bağlı qərar verib. İcra hakimiyyəti aparatının əməkdaşları və İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri bir aylıq əmək haqlarını könüllü şəkildə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədi ilə ianə edib.

 

Pravda.az-ın xəbərinə görə, maliyyənin ayrılmasında məqsəd koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması, ciddi preventiv tədbirlər həyata keçirilməsinə və pandemiyanın bir çox sahələrinə vurduğu təsirini qismən də olsa qarşılamağa dəstək olmaqdır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən dezinfeksiya işləri daha genişmiqyaslı görülməyə başlayıb, aztəminatlı ailələrə, tənha insanlara sosial dəstək göstərilməsi, əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi, pandemiyanın yarada biləcəyi digər problemlərin qarşısının əvvəlcədən alınması məqsədilə kompleks tədbirlər həyata keçirilir.