Quru sərhədlərdən istifadəyə icazə verilə bilər - Yalnız bu ŞƏRTLƏ...
08 Fevral 2026, 00:27
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1305
25.03.2020, 08:46
“İnsanların ev şəraitində daha çox qalması onların işiq və qazdan da daha çox istifadəsinə gətirib çıxarır. Beləliklə, limiti keçən ailələrin sayı artacaq. Belə ailələr işıq və qazın xərclərini ikiqat ödəməli olurlar. Bu isə onsuz da durumu pisləşən ailələrin gəlirlərinin xeyli hissəsini işıq və qaza sərf etməsinə gətirib çıxarır”.
Oxu24.com xəbər verir ki, bunu Cebhe.info-ya açıqlamasında millət vəkili Əli Məsimli işıq və qaz limitinin bu müddət üçün aradan qaldırılması təklifindən danışarkən deyib. Onun sözlərinə görə, hazırkı şəraitdə ailələrin xərclərini yüngülləşdirməkdən ötrü hökumətin hazırladığı tədbirlər paketində işıq və qaz limitinin ya tam, ya da nəzərəçarpan dərəcədə qaldırılması zəruridir:
Həmçinin oxuyun
“Artıq epidemiya halından çıxaraq pandemiya miqyasına yüksəlmiş “COVID-19” virusunun təsir dairəsinin genişlənməsi insanların həyat və sağlamlıqlarına real təhdidə çevrilməklə yanaşı, bu xəstəliyin doğurduğu təsirlər həm iqtisadi müstəvidə, həm də insanların gündəlik yaşam tərzində, eləcə də onların maddi vəziyyətində mənfi təsirini aydın şəkildə biruzə verməkdədir.
Ona görə də ölkəmizdə koronavirus infeksiyasının yayılmasına qarşı sistemli tədbirlər həyata keçirilir. Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən martın 24-dən ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Məhdudlaşdırıcı tədbirlərin biznes strukturlarına və əhaliyə mənfi təsirini minimuma endirmək və mümkün sahələrdə isə tamammilə aradan qaldırmaqdan ötrü tədbirlər kompleksi hazırlanır. Həmin tədbirlər kompleksində insanların işdən çıxarılma hallarına yol verilməməsi, koronavirus təhlüksi sovuşana və insanlar normal fəaliyyət rejimində çalışmağa başlayanaqədərki dövrdə banklara borcu olanların əsas və faiz borclarını, eləcə də gecikmələrə görə pensiya, cərimə və s. dayandırılmasını, vergi güzəştlərini, eləcə də kommunal xidmətlərə görə xərclərin ödənilməsində güzəştləri zəruri hesab edirik. Seçicilərlə görüş zamanı qaldırılan məsələr arasında işıq və qaz limitinin aradan qaldırılması məsələsi xüsusi yer tuturdu. Hesab edirik ki, Nazirlər Kabineti tərəfindən martın 24-dən ölkədə xüsusi karantin rejiminin tətbiqi bu məsələnin aktuallığını daha da artırıb”.
00:27 / 08 Fevral 2026
9
00:00 / 08 Fevral 2026
25
23:50 / 07 Fevral 2026
44
23:34 / 07 Fevral 2026
43
23:03 / 07 Fevral 2026
1053
21:02 / 07 Fevral 2026
210
20:45 / 07 Fevral 2026
380
20:38 / 07 Fevral 2026
4099
20:29 / 07 Fevral 2026
151
20:20 / 07 Fevral 2026
722
20:11 / 07 Fevral 2026
108
19:55 / 07 Fevral 2026
1255
19:51 / 07 Fevral 2026
109
19:47 / 07 Fevral 2026
277
19:26 / 07 Fevral 2026
1480
19:17 / 07 Fevral 2026
657
19:09 / 07 Fevral 2026
122
18:55 / 07 Fevral 2026
4148
18:43 / 07 Fevral 2026
106
18:33 / 07 Fevral 2026
108
18:12 / 07 Fevral 2026
138
18:12 / 07 Fevral 2026
200
18:02 / 07 Fevral 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.