Elgizlə Tolik qohum olublar - FOTO
07 Fevral 2026, 19:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
862
24.03.2020, 00:05
Qoç - görüşlər və sövdələşmələr üçün uğurlu gün deyil. Mənfi təəssürat bağışlamaq, birmənalı olmayan vəziyyətə düşmək şansı az deyil. Ekstravaqant geyim və ya əşya almayın. Seçim məntiqi və uğurlu olmayacaq.
Buğa - yaranmış problemləri dəqiq qiymətləndirin. Yaşananları ciddi qəbul etmək gərəkdir. Təmkinli və qərarlı olsanız, istənilən maneəni asanlıqla dəf edə bilərsiniz. Son vaxtlar yaranan problemləri olduğu kimi dəyərləndirin. Günün ikinci yarısında problemlərin çözülməsi üçün xüsusi səylər gərəkdir.
Əkizlər - emosiyalarınıza hakim olun, ani hisslərin diqtəsi altında düşünülməmiş addımlar atmayın. Belədə uğura nail ola bilərsiniz. Təmkinin pozulması asandır. Amma sakitləşmək çətindir və bu proses uzun vaxt tələb edir. Soyuqqanlı davranın.
Xərçəng - işinizi başqası görən deyil. Buna görə də çalışın, tənbəllik etməyin. Anlaşılmazlıq, mənasız mübahisələr və dartışmalar yaxınlarınızla münasibətlərinizi soyutmasın. Situasiyanı zarafatla "bərpa etməyə" çalışsanız, alınmayacaq. Çünki bəzən gülməli yox, çox kobud sözlər deyirsiniz. Yaşlı qohumların məsləhətlərini dinləyin.
Şir - çətin gündür. Əsas məsələ yaxın ətrafınızdakı insanlarla münasibətləri konkretləşdirmək, etimad göstərəcəyiniz insanı müəyyənləşdirməkdir. Yeni müttəfiqlər aramağa dəyməz. Səhv etmək, insanın bilik və bacarıqlarını yanlış dəyərləndirmək riski var. Sınanmış tərəf-müqabillərə güvənmək olar. Lakin ən çətin işi təkbaşına görəcəyinizi bilin.
Qız - səfərə və səyahətə çıxmayın. İfrat yorğunluq ağrıların kəskinləşməsinə səbəb ola bilər. Qida zəhərlənməsinə tuş olmamaq üçün kulinar eksperimentlərdən imtina edin. Ənənəvi mətbəxlə kifayətlənin.
Həmçinin oxuyun
Tərəzi - diqqətli olun, yaxınlarınızla münasibətlərdə həssas davranın. Münasibətlərdə problem yaratmayın. Təşəbbüskar olun, dostlarla əylənməyə çalışın. Sizi sevir, dəyərləndirirlər. Bunu unutmayın.
Əqrəb - məhsuldar gündür. Danışıqlar, qərarlar uğurlu ola bilər. Qarşılıqlı zidliyyət yarada biləcək məqamlarda ehtiyatlı davranın. Problemlərin kökləri situasiyanın aşkarladığı səviyyədən də dərindədir. Cari işlərdə yetərincə effekt verməyən kontaktları unudun. Baş verənlərin bir qismi üzərində nəzarətə nail olmaq üçün sürətli və dəqiq qərarlar qəbul etməlisiniz.
Oxatan - işlərdə rasional, ünsiyyətdə səmimi olun. Təmaslarda rəğbət məqamı xüsusi önəm kəsb edir. Dostlarla əlaqələr sizin aktivliyinizi müəyyənləşdirəcək. Yalnız sizə maraqlı və xoş olan işlərlə məşğul olmayın - gerçəkdən də, faydalı məqamları dəqiqləşdirin.
Oğlaq - gündəmdəki məsələləri nəzarətdə saxlayın. Əks təqdirdə heç bir səbəb olmadan problemlər yarana bilər. Hisslərin axını və emosiyaların çılğınlığı sizi zəiflədə bilər. Situasiyanı kontrolda saxlayın. Kiminsə maraqlarını işlərinizdən üstün tutmayın. Nə baş verdiyini dəqiq bilin.
Dolça - hadisələrə aktiv müdaxilə edin. Əks təqdirdə olayların məcburi iştirakçısına çevriləcəksiniz. Rəhbərliklə danışmaq və işlə bağlı problemləri həll etmək üçün yaxşı vaxtdır. Qarşılıqlı maraqlarınız olan şəxslərlə ünsiyyətdə səmimi olun. Gərginlik və xoşagəlməz situasiyalardan yayınmaq mümkün olmayacaq. Situasiyanın həlli faydalı ola bilər.
Balıqlar - kiçik və xoşagəlməz problemlər istisna olmasa da, günün axarı pis olmayacaq. İş yoldaşlarınızla qarşılıqlı anlaşmaya nail olacaqsınız. İşgüzar xüsusiyyətlərinizi aşkarlayın. Maaşınızın artırılması və ya vəzifənizin dəyişməsi üçün real addımlar atın. Planlarınızın gerçəkləşməsinə indiyədək dəfələrlə mane olmuş bədxahdan qurtulmaq imkanı var.
19:47 / 07 Fevral 2026
1
19:26 / 07 Fevral 2026
227
19:17 / 07 Fevral 2026
264
19:09 / 07 Fevral 2026
39
18:55 / 07 Fevral 2026
904
18:43 / 07 Fevral 2026
41
18:33 / 07 Fevral 2026
47
18:12 / 07 Fevral 2026
59
18:12 / 07 Fevral 2026
76
18:02 / 07 Fevral 2026
56
17:25 / 07 Fevral 2026
121
16:57 / 07 Fevral 2026
142
16:40 / 07 Fevral 2026
195
16:26 / 07 Fevral 2026
106
16:23 / 07 Fevral 2026
164
16:20 / 07 Fevral 2026
133
15:58 / 07 Fevral 2026
192
15:42 / 07 Fevral 2026
228
15:33 / 07 Fevral 2026
164
15:19 / 07 Fevral 2026
156
14:56 / 07 Fevral 2026
64
14:53 / 07 Fevral 2026
104
14:07 / 07 Fevral 2026
210
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.