Bakının qış havası təhlükədə: Zəhərli tullantılar havaya qarışır - Ekoloqdan XƏBƏRDARLIQ
27 Oktyabr 2026, 19:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
788
22.03.2020, 20:23
İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası birgə işəgötürənlər üçün bildiriş yayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən BakuPost.az -a verilən məlumata görə, bildirişdə vurğulanıb ki, koronavirus (COVID-19) infeksiyasının dünyada əhatə dairəsi və coğrafiyasının genişləndiyi şəraitdə bu pandemiyanın ölkəmizdə yayılmasının qarşısının alınması və əhalinin qorunması, eyni zamanda, milli iqtisadiyyata, əmək bazarına və əhalinin məşğulluğuna, özəl sektora zərərlərinin minimallaşdırılması üçün Azərbaycan dövləti kompleks və məqsədyönlü tədbirlər həyata keçirir.
Qeyd edilib ki, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkədə makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə 1 milyard manat vəsait ayrılıb, habelə müvafiq Fərmanla Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb:
“Sərəncamla pandemiyanın biznes mühitinə fəsadlarının azaldılması, zərər çəkməsi ehtimal olunan sahibkarlıq subyektlərinə dövlət tərəfindən dəstəyin göstərilməsi, muzdlu işçilərin sosial müdafiəsi, məşğulluq tədbirlərinin gücləndirilməsi və s. nəzərdə tutulub. Göründüyü kimi, milli sahibkarlığın davamlı inkişafı istiqamətində fəal siyasət həyata keçirən dövlətimiz indiki şəraitdə də hər bir sahibkarın yanında olmaqla, öz dəstəyini təmin edir. Bunun qarşılığında isə hər bir işəgötürən sosial həmrəylik və sosial məsuliyyət prinsiplərini yüksək tutaraq, xüsusilə hazırkı şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşmalı, işçilərin əmək hüquqlarına etinasız münasibətə, onların işdən çıxarılması, ixtisarı hallarına yol verməməlidirlər. İşəgötürənlərin diqqətinə çatdırırıq ki, pandemiyanın biznes mühitinə mənfi təsirini azaltmaq üçün sahibkarlara dəstəyin göstərilməsi təmin olunmaqla yanaşı, eyni zamanda, mövcud şəraitdən sui-istifadə edərək işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verən işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun ciddi tədbirlər görüləcək”.
19:01 / 27 Oktyabr 2026
8
18:54 / 27 Oktyabr 2026
26
18:49 / 27 Oktyabr 2026
134
18:46 / 27 Oktyabr 2026
28
18:41 / 27 Oktyabr 2026
31
18:34 / 27 Oktyabr 2026
50
18:30 / 27 Oktyabr 2026
65
18:23 / 27 Oktyabr 2026
58
18:20 / 27 Oktyabr 2026
63
18:05 / 27 Oktyabr 2026
112
18:05 / 27 Oktyabr 2026
101
18:02 / 27 Oktyabr 2026
72
18:00 / 27 Oktyabr 2026
69
17:50 / 27 Oktyabr 2026
70
17:33 / 27 Oktyabr 2026
1016
17:29 / 27 Oktyabr 2026
98
17:27 / 27 Oktyabr 2026
145
17:19 / 27 Oktyabr 2026
108
17:16 / 27 Oktyabr 2026
96
17:13 / 27 Oktyabr 2026
92
17:02 / 27 Oktyabr 2026
145
16:56 / 27 Oktyabr 2026
85
16:51 / 27 Oktyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.