Qaynar xətt:

(+99450) 247 90 86

Bakının bu ünvanlarında su olmayacaq

Bakının bu ünvanlarında su olmayacaq

CƏMİYYƏT

536

19.03.2020, 18:08

Bakının iki qəsəbəsinə su verilməyəcək.
"Azərsu" ASC-dən verilən məlumata görə, Bakı-Sumqayıt avtomobil yolunun Xırdalan dairəsi ərazisində genişləndirilməsi layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin yenilənməsi ilə əlaqədar 19 mart 2020-ci il tarixində gün ərzində Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyib.