Saçların daha güclü və gur olması üçün şampuna nə əlavə etmək olar?
27 Oktyabr 2026, 00:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2296
19.03.2020, 09:08
Koronovirusun yayıldığı ilk vaxtlardan Azərbaycan höküməti qabaqlayıcı tədbirlərə start verdi.
Oxu24.com ATV-yə istinadla xəbər verir ki, ilk olaraq sərhəd keçid məntəqələrində və aeroportlardan ölkəyə daxil olan hər bir vətəndaş yoxlanıldı. Virusun geniş yayıldığı zamanlarda isə sərhədlər bağlandı. Gediş-gəlişə qadağa qoyuldu.
Millət vəkili Qənirə Paşayeva bildirir ki, infeksiyanın yayılmasının qarşısını almaq üçün dövlət mühüm addımlar atır, hətta bu baxımdan bir sıra ölkələri qabaqlayırıq.
Millət vəkili Rəşad Mahmudov isə bildirib ki, bu gün dünyada bəlli avadanlıqlara əlçatanlıq çox çətindir:
"Bütün dünya ölkələrinin bu avadanlıqlara ehtiyacı var. Bu məqamda cənab prezidentin şəxsi təşəbbüsü ilə bir gecədə 200 süni tənəffüz aparatının əlavə olaraq ölkəyə gətirilməsi biz səhiyyəçiləri rahatlatdı".
Koronavirusun yayıldığı ölkələrdən geri qayıdan vətəndaşlarımız müayinədən keçirilir, zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılır.
Bu məqsədlə 7 səhiyyə ocağı ayrılıb. İxtisaslaşmış xəstəxanalar və laboratoriyalar xəstəliyin müayinəsi və müalicəsi üçün müvafiq avadanlıqlarla və dərman preparatları ilə təmin edilib.
Peşəkar həkimlər bölgələrdə bu məqsədlə ayrılmış xəstəxanalara ezam olunublar. Bundan başqa xəstəxanalar çox tez bir zamanda ən müasir və qiymətli tibbi avadanlıqlarla təchiz olunub.
Yeri gəlmişkən, 1 saylı kliniki tibbi mərkəzin laboratoriyasında da Almaniya istehsalı olan yeni avadanlılqar quraşdırıldı. 3 hissədən ibarət və hər bir hissəsinin özünəməxsus funksiyası olan bu aparatlar 96 nümunəni eyni anda hazırlaya bilir və buna cəmi 4 saat vaxt sərf olunur.
Laboratoriyada təcili hallar üçün də aparatlar mövcuddur. Belə ki, yeni cihazlar vasitəsiylə istənilən nümunənin nəticələrini 70-75 dəqiqə ərzində almaq mümkündür.
Bu arada Heydər Əliyev Fondu koronavirusla mübarizə üçün xaricdən tibbi ləvazimatlar gətirib. Bu addım infeksiyanın ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi daşıyır.
Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın işinə dəstək olaraq Heydər Əliyev Fondu tərəfindən müxtəlif ölkələrdən gətrilən tibbi ləvazimatlar o cümlədən xüsusi tibbi maskalar, əlcəklər, qoruyucu eynəklər, tibbi geyimlər və dezinfeksiyaedici vasitələr müvafiq tibb müəssisələrinə verilib.
00:42 / 27 Oktyabr 2026
1
00:00 / 27 Oktyabr 2026
41
23:43 / 26 Oktyabr 2026
77
23:30 / 26 Oktyabr 2026
65
23:16 / 26 Oktyabr 2026
79
23:08 / 26 Oktyabr 2026
67
22:58 / 26 Oktyabr 2026
78
22:56 / 26 Oktyabr 2026
79
22:51 / 26 Oktyabr 2026
64
22:34 / 26 Oktyabr 2026
322
22:30 / 26 Oktyabr 2026
78
22:11 / 26 Oktyabr 2026
81
22:11 / 26 Oktyabr 2026
72
22:04 / 26 Oktyabr 2026
90
22:02 / 26 Oktyabr 2026
83
21:58 / 26 Oktyabr 2026
72
21:53 / 26 Oktyabr 2026
182
21:44 / 26 Oktyabr 2026
76
21:32 / 26 Oktyabr 2026
78
21:30 / 26 Oktyabr 2026
78
21:05 / 26 Oktyabr 2026
1333
21:02 / 26 Oktyabr 2026
89
20:56 / 26 Oktyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.