Bahadur xan Mallaçixanov kim olub?
19 Noyabr 2026, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
868
18.03.2020, 20:25
Bakı şəhərində 50-yə yaxın orta və kiçik otellər fəaliyyətini dayandırıb.
Oxu24.com xəbər verir ki, bu barədə "oxu.az”a Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi məlumat verib.
Onun sözlərinə görə, buna səbəb mövcud vəziyyətlə bağlı Nazirlər Kabineti yanında operativ qərargahın respublika ərazisində koronavirus (COVİD-19) təhlükəsi ilə bağlı bir aylıq xüsusi rejimin tətbiq etməsidir:
"Otellərin fəaliyyətini dayandırması aparılan izolyasiya tədbirləri ilə əlaqədardır. Həmin otellərin böyük əksəriyyəti icarədə olan otellərdir.
Bu, çox mənfi haldır və məşğulluluq məsələsinə kifayət qədər mənfi təsir göstərir.
Bu məsələlər gələcəkdə ciddi problemlərə yol aça bilər. Otellərin mövcud vəziyyət aradan qalxdıqdan sonra bərpa proseslərini hansı şəkildə aparacaqlarını proqnozlaşdırmaq özü də çətindir.
Mövcud vəziyyətlə bağlı ölkəyə turistlərin giriş-çıxışı məhdudlaşdırıldığından hotellər çox ciddi itki ilə qarşılaşıblar.
Nazirlər Kabineti tərəfindən rəsmi qaydada verilən qərara uyğun olaraq izolyasiya tədbirlərinin aparılması davam etdirilir.
Bayram günləri ilə bağlı məqamlara da münasibət bildirmək olmur. Hər kəsi təmkinli olmağa çağırıram. Yaxşı olar ki, bu dəfə bayramı hər kəs evində keçirsin və gigiyenik normalara ciddi riayət etsin”.
23:26 / 19 Noyabr 2026
42
23:22 / 19 Noyabr 2026
45
23:15 / 19 Noyabr 2026
52
23:15 / 19 Noyabr 2026
60
23:06 / 19 Noyabr 2026
112
23:05 / 19 Noyabr 2026
76
22:59 / 19 Noyabr 2026
76
22:47 / 19 Noyabr 2026
87
22:43 / 19 Noyabr 2026
320
22:35 / 19 Noyabr 2026
83
22:31 / 19 Noyabr 2026
70
22:14 / 19 Noyabr 2026
79
22:10 / 19 Noyabr 2026
101
22:03 / 19 Noyabr 2026
77
22:01 / 19 Noyabr 2026
79
21:51 / 19 Noyabr 2026
78
21:48 / 19 Noyabr 2026
174
21:45 / 19 Noyabr 2026
599
21:42 / 19 Noyabr 2026
80
21:29 / 19 Noyabr 2026
87
21:18 / 19 Noyabr 2026
414
21:13 / 19 Noyabr 2026
93
21:05 / 19 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.