Bahadur xan Mallaçixanov kim olub?
19 Noyabr 2026, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1078
17.03.2020, 09:07
"Ölkədə minimum pensiyanın 72 faiz artırılması nəticəsində 660 min pensiyaçımızın pensiyalarında ciddi şəkildə artım oldu və minimum pensiyanın alıcılıq qabiliyyəti parametri üzrə Azərbaycan MDB məkanında birinci yerdə qərarlaşdı".
Oxu24.com bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev martın 16-da Prezident İlham Əliyevin qəbulunda olarkən deyib. Nazir bildirib ki, əlavə olaraq əməkhaqqı artımları ilə bağlı, xüsusi şərtlərlə pensiya alan 90 min pensiyaçımızın da pensiyaları orta hesabla 31 faiz artdı və bu da ümumilikdə ötənilki paketin 750 min insanı əhatə etməsini təmin etdi:
"Digər tərəfdən, bu il sosialyönümlü islahatların davamı olaraq Sizin imzaladığınız Sərəncamla bütün pensiyalar 16,6 faiz indeksləşdirildi. Bunun nəticəsində, Azərbaycanda bütün pensiyalar üzrə orta aylıq pensiya 300 manatın üzərində oldu. Sırf yaşa görə pensiyanı götürdükdə isə bizim gözləntimiz orta aylıq pensiyanın 350 manata çatmasıdır.
Bu da əlbəttə ki, son 2-3 ildə Sizin rəhbərliyinizlə və təşəbbüsünüzlə aparılan genişmiqyaslı sosial islahatların nəticəsi və uğurudur.
Ümumiyyətlə, son islahatlarınızın maliyyə dəyəri 560 milyon manata bərabərdir. Yəni, cari il ərzində indeksləşdirmə hesabına pensiyaçılarımıza əlavə olaraq 560 milyon manat vəsait ödəniləcəkdir.
Ötənilki islahatları da nəzərə alsaq, - ümumi illik maliyyə dəyəri 450 milyon manata yaxın idi, - cəmi bir il ərzində qəbul edilmiş qərarlar nəticəsində pensiyaçılarımıza bir milyard manatdan artıq vəsait ödənilir. Bu vəsait də tam şəkildə Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşılanır və dövlət büdcəsi üçün əlavə yük yaratmır".
Günün təklif olunan videosu:
23:26 / 19 Noyabr 2026
42
23:22 / 19 Noyabr 2026
45
23:15 / 19 Noyabr 2026
52
23:15 / 19 Noyabr 2026
60
23:06 / 19 Noyabr 2026
112
23:05 / 19 Noyabr 2026
76
22:59 / 19 Noyabr 2026
76
22:47 / 19 Noyabr 2026
87
22:43 / 19 Noyabr 2026
320
22:35 / 19 Noyabr 2026
83
22:31 / 19 Noyabr 2026
70
22:14 / 19 Noyabr 2026
79
22:10 / 19 Noyabr 2026
101
22:03 / 19 Noyabr 2026
77
22:01 / 19 Noyabr 2026
79
21:51 / 19 Noyabr 2026
78
21:48 / 19 Noyabr 2026
174
21:45 / 19 Noyabr 2026
599
21:42 / 19 Noyabr 2026
80
21:29 / 19 Noyabr 2026
87
21:18 / 19 Noyabr 2026
414
21:13 / 19 Noyabr 2026
93
21:05 / 19 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.