Nazirlər Kabinetdən maaşlarla bağlı QƏRAR
26 Oktyabr 2026, 22:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
932
16.03.2020, 17:09
“Siz qeyd etdiyiniz kimi, ötən il həyata keçirilən çox geniş sosial islahatlar paketinin önəmli bir istiqaməti məhz pensiyalar idi. Ölkədə minimum pensiyanın 72 faiz artırılması nəticəsində 660 min pensiyaçımızın pensiyalarında ciddi şəkildə artım oldu və minimum pensiyanın alıcılıq qabiliyyəti parametri üzrə Azərbaycan MDB məkanında birinci yerdə qərarlaşdı.
Əlavə olaraq əməkhaqqı artımları ilə bağlı, xüsusi şərtlərlə pensiya alan 90 min pensiyaçımızın da pensiyaları orta hesabla 31 faiz artdı və bu da ümumilikdə ötənilki paketin 750 min insanı əhatə etməsini təmin etdi”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu gün Prezident İlham Əliyevin qəbulunda olan zaman bildirib.
Onun sözlərinə görə, bu il sosialyönümlü islahatların davamı olaraq Sizin imzaladığınız sərəncamla bütün pensiyalar 16,6 faiz indeksləşdirildi:
“Bunun nəticəsində, Azərbaycanda bütün pensiyalar üzrə orta aylıq pensiya 300 manatın üzərində oldu. Sırf yaşa görə pensiyanı götürdükdə isə bizim gözləntimiz orta aylıq pensiyanın 350 manata çatmasıdır. Bu da, əlbəttə ki, son 2-3 ildə Sizin rəhbərliyinizlə və təşəbbüsünüzlə aparılan genişmiqyaslı sosial islahatların nəticəsi və uğurudur.
Ümumiyyətlə, son islahatlarınızın maliyyə dəyəri 560 milyon manata bərabərdir. Yəni, cari il ərzində indeksləşdirmə hesabına pensiyaçılarımıza əlavə olaraq 560 milyon manat vəsait ödəniləcəkdir. Ötənilki islahatları da nəzərə alsaq, - ümumi illik maliyyə dəyəri 450 milyon manata yaxın idi, - cəmi bir il ərzində qəbul edilmiş qərarlar nəticəsində pensiyaçılarımıza bir milyard manatdan artıq vəsait ödənilir. Bu vəsait də tam şəkildə Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşılanır və dövlət büdcəsi üçün əlavə yük yaratmır” .
S.Babayev qeyd edib ki, aparılan islahatların nəticəsində Dövlət Sosial Müdafiə Fondunun özündə də ciddi sağlamlaşma təmin olundu:
“İlk dəfə olaraq dövlət öhdəlikləri hesabına maliyyələşən pensiyalar üçün ayrılmış vəsaitin 320 milyon manatı dövlət büdcəsinə geri qaytarıldı - 150 milyon manatı büdcə paketinin dürüstləşməsi çərçivəsində ilin ortasında, 170 milyon manatı isə ilin sonunda.
Əsassız və saxta təyinatların ləğvi nəticəsində əlavə olaraq 200 milyon manat qənaət əldə edildi ki, bu da cari ildəki pensiya islahatlarına yönəldilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun ehtiyatlarında qaldı.
Yəni ümumilikdə, 520 milyon manat fərq meydana çıxdı ki, bu da pensiya sisteminin sağlamlaşması nöqteyi-nəzərindən çox önəmlidir. Bir vacib indikator da odur ki, dövlət öhdəliklərinin maliyyələşməsi üçün dövlət büdcəsindən Pensiya Fonduna ayrılan vəsait onun gəlirlərində əgər 2017-ci ilin sonunda 38 faiz təşkil edirdisə, artıq 2020-ci ildə bu, 29 faizə düşübdür.
Beləliklə, Pensiya Fondunun müstəqilləşməsi ilə büdcə asılılığının azaldılması istiqamətində ciddi irəliləyiş əldə edilibdir”.
22:34 / 26 Oktyabr 2026
78
22:30 / 26 Oktyabr 2026
31
22:11 / 26 Oktyabr 2026
23
22:11 / 26 Oktyabr 2026
34
22:04 / 26 Oktyabr 2026
66
22:02 / 26 Oktyabr 2026
60
21:58 / 26 Oktyabr 2026
57
21:53 / 26 Oktyabr 2026
81
21:44 / 26 Oktyabr 2026
62
21:32 / 26 Oktyabr 2026
64
21:30 / 26 Oktyabr 2026
66
21:05 / 26 Oktyabr 2026
889
21:02 / 26 Oktyabr 2026
77
20:56 / 26 Oktyabr 2026
84
20:30 / 26 Oktyabr 2026
89
20:26 / 26 Oktyabr 2026
83
20:17 / 26 Oktyabr 2026
79
20:07 / 26 Oktyabr 2026
99
19:57 / 26 Oktyabr 2026
72
19:43 / 26 Oktyabr 2026
1
19:43 / 26 Oktyabr 2026
94
19:17 / 26 Oktyabr 2026
78
19:00 / 26 Oktyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.