Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
26508
az

Koronavirusdan qorunmaq üçün maskalardan BU QAYDADA istifadə edin

20:1714 Mart, 2020
477
CƏMİYYƏT
  • A

Koronavirusdan qorunmaq üçün tibbi maskalardan ümumi istifadə qaydalarına əməl edilməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, maskalar bu qayda ilə istifadə edilməlidir:

 Maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı
boşluqları minimuma endirmək şərti ilə taxılmalıdır.

 İstifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə toxunmaq olmaz.

 Maska çıxarılan zaman müvafiq texnikaya əməl edilməlidir (maskanın ön hissəsinə toxunmaq olmaz, arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır).

 Maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli və ya sabun və su ilə təmiz
yuyulmalıdır.

 Maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir.

 Birdəfəlik maskalardan təkrar istifadə edilməməlidir.

 Respirator axıntının qarşısını almaq üçün yoluxmuş şəxs mütəmadi olaraq
maskalardan istifadə etməlidir.

 Tibbi maskalara qarşı həssaslığı olan şəxslər tənəffüs gigiyenasına xüsusi diqqət etməlidirlər; öskürmə və asqırma zamanı ağız və burun nahiyəsi birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kağız salfetlərlə silinməlidir. İstifadədən sonra material mütləq xüsusi qapalı tullantı qutularına atılmalıdır. Tənəffüs ifrazatı ilə təmasdan dərhal sonra əllər təmizlənməlidir.

 Pəncərə və qapılar müntəzəm olaraq açılmalı və məkanın havası dəyişilməlidir.

 Birdəfəlik maskaların istifadəsindən sonra onların zərərsizləşdirilməsi və
kənarlaşdırılması vacibdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəngdən qoruyan ən güclü ədviyyat
Baş ağrısının yeni genetik səbəbi TAPILDI
Dünyanın ilk arxa kameralı avtomobili - VİDEO

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş