DİN sosial şəbəkələrdə yayılan insident görüntülərinə aydınlıq gətirib
05 Fevral 2026, 20:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
897
12.03.2020, 00:09
Qoç - çətin gündür. Qeyri-müəyyənlik, cəhdlərin ziddiyyəti və istəklərin qarışıqlığı yarana bilər. Ani istəkləri unudun, perspektivləri düşünün. Seçimin çətinliyi yeni istiqamətdə hərəkətə başlamağınıza rəvac verəcək mühüm addımı atmağa mane olmamalıdır.
Buğa - mürəkkəb situasiyalarda münasibətlərin aydınlaşdırılması prosesini uzatmayın. Fəaliyyət yönünü sürətlə dəyişin. Perspektivlər dumanlı olsa da, qarşılıqlı fəaliyyət hələlik alınmasa da, güzəştə getməyi bacarın. Səhvləri aradan qaldırmağa vaxt olacaq. İndi əsas məsələ gərginliyi aradan qaldırmaq və kompromisli həll variantını tapmaqdır.
Əkizlər - münasibətlərdə problemlər yarana bilər. Lüzum olduğundan artığın istəyi, tələbi yolverilməzdir. İnadkarlıq etməyin. Həddən ziyadə özünəinam səhvlərə səbəb ola bilər. Emosional fon stabil deyil, sonucları təxminləmək çətindir.
Xərçəng - gərginliyin artacağı gündür. Sakitliyi və rəvan davranışı qorumaq çətindir. Bütün diqqətinizi bir işə yönəltsəniz, başqa, mühüm məsələyə nəzarəti əldən verə bilərsiniz. Təhlükəsizlik təminatı ilə bağlı nigaranlıq yarana bilər. Güclü potensiala malik gündür. Ehtiyatlı davranın. Travma, zədə, qəza, yaxın ətrafdakı insanlarla münaqişə riski var.
Şir - münasibətləri aydınlaşdırmağa yönəlmiş söhbətlər mənasızdır, çünki hər tərəf öz fikrində qalacaq. Əndişə və narahatlığınızı anlayan insan tapılmasa, sakit məkan seçin, yaradıcılıq potensialınızı reallaşdırmağa çalışın.
Qız - səhhətlə bağlı problemlər, əhvalın dəyişməsi istisna deyil. Təmaslar və ünsiyyəti minimuma endirin. Bununla belə, yeni perspektivlər vəd edən məqamları nəzərdən qaçırmayın. Yeni planları düşünün, informasiya toplayın.
Tərəzi - səhvlərə yol verməmək üçün sayıq olun. Bütün diqqəti işə yönəldin və belə olarsa, gərəkli effekt əldə edə bilərsiniz. Günü məhsuldar, mənfəətli keçirməyə çalışın. Yaxın ətrafınızdakı insanlarla davranışda, söhbətlərdə emosional olmayın, onların xətrinə dəyməyin. Güzəşt və kompromisslərdə xeyir var. Axşam saatlarında açıq havada gəzintiyə çıxın.
Həmçinin oxuyun
Əqrəb - daxilən etiraz etdiyiniz, sizdə müqavimət hissi yaradan işi bu gün görməli olacaqsınız. Önəmli gündür, səvhlərin perspektivdə ciddi nəticələri ola bilər. Hüquq və haqlarınızı kimsə pozursa, müdafiə olunun. Qətiyyətli, amma təmkinli davranın. Mövqelərinizi qoruyun, əlaqə və münasibətləri, önəm verdiyiniz məqamları hifz edin.
Oxatan - bu gün nəyisə köklü şəkildə dəyişməyə çalışmayın. Lakin yaşamın nişanə və siqnallarına diqqətli olun. Yaxın qohumlardan və ya qonşulardan biri ilə münaqişə riski var. Ev işləri və ya işdəki tapşırıqla təkbaşına məşğul olun. Qəfil həll variantı, yeni ideyanın gəlməsi istisna deyil. Ezamiyyət, səfər, səyahət üçün əlverişli gün deyil.
Oğlaq - özünütənqid güclənir. Zahiri görkəm, görülən iş və ya ümumiyyətlə, sosial statusla bağlı narazılıq yarana bilər. Dəyişiklik, yenilik istəyi var. Fəaliyyət sahəsində yenilənmə etmək olar.
Eyni məsələ ilə bağlı mövqeyiniz heç bir səbəb, motivasiya olmadan dəyişə bilər. İstəklər nə qədər güclü olarsa, bir o qədər ehtiyatlı davranmaq gərəkdir.
Dolça - mürəkkəb, qarışıq zamandır. Baş verənlər ciddi olaylardır. Yaşananlardan nəticə çıxarın. Hansısa nəticələrə gələrək sonucları təhlil əldə etməyə çalışarkən təmkinli və soyuqqanlı olun. İstiqamətləri dəyişmək, yeni yönlər seçmək vaxtıdır. Hansısa əlaqələri unutmaq, yaddan çıxarmaq gərəkdir, çünki qarşıda yeni mərhələ var.
Balıqlar - hərəkətlərinizə və sözlərinizə diqqət yetirsəniz, mənfi məqamları müsbətə çevirmək olar. Mühüm məsələlərin həllinə yaxın ətrafınızdakı insanları cəlb edə bilərsiniz. Axşam saatlarında yorğunluq hissi yaranacaq. Bu vaxta mühüm heç nə planlaşdırmayın. Sadəcə, dincəlin.
21:39 / 05 Fevral 2026
5
21:31 / 05 Fevral 2026
12
21:09 / 05 Fevral 2026
29
20:45 / 05 Fevral 2026
109
20:25 / 05 Fevral 2026
124
20:06 / 05 Fevral 2026
187
19:54 / 05 Fevral 2026
207
19:44 / 05 Fevral 2026
112
19:35 / 05 Fevral 2026
283
19:33 / 05 Fevral 2026
50
19:22 / 05 Fevral 2026
53
19:15 / 05 Fevral 2026
65
19:08 / 05 Fevral 2026
130
18:58 / 05 Fevral 2026
104
18:55 / 05 Fevral 2026
814
18:42 / 05 Fevral 2026
72
18:21 / 05 Fevral 2026
176
18:11 / 05 Fevral 2026
218
18:07 / 05 Fevral 2026
74
17:54 / 05 Fevral 2026
135
17:41 / 05 Fevral 2026
113
17:37 / 05 Fevral 2026
130
17:27 / 05 Fevral 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.