Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2565
az

Sabah yağış yağacaq,leysan olacaq

16:4903 İyun, 2018
1318
CƏMİYYƏT
  • A
 Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mia.az-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

Temperaturun gecə 15-17° isti, gündüz 20-24° isti olacağı ehtimalı var. Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada cənub istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu 16-17° isti olacaq. Abşeronun cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19° isti təşkil edəcək.

İyunun 4-də Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Günün ikinci yarısında hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13° isti, gündüz 26-31° isti olacağı gözlənilir. Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Günün ikinci yarısında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 12-17° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti təşkil edəcək. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.

Sabah Mərkəzi-Aran- Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17° isti, gündüz 25-30° isti olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 21-26° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti təşkil edəcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur azərbaycanlı müğənni indi şirniyyat bişirib satır - FOTO
Seysmoloji Xidmət zəlzələ ilə bağlı əhaliyə müraciət etdi
Elçilikdə "yox" cavabı aldığı qızı və anasını MAŞINLA VURDU

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu xəstəxanalarda göndəriş olmadan pulsuz tibbi xidmətdən istifadə edə bilərsiniz - ŞAD XƏBƏR
Bakıda 278 min manatlıq oğurluq edənlər saxlanıldı- VİDEO