Heyvanın möcüzələri hər kəsi heyrətləndirir
12 Aprel 2026, 20:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1154
31.12.2019, 23:16
Allah Təala Quranda nemətə görə şükür etməyi bizə öyrətmişdir. "Buna görə də Allahın şəriət baxımından halal və zatən pak olaraq sizin ruziniz etdiyi şeylərdən yeyin, istifadə edin və əgər yalnız Ona ibadət edirsinizsə, Allahın nemətinə şükür edin". ("Nəhl" 114).
Allah insana sonsuz sayda nemət əta etmiş və ancaq bir nemətə görə insana minnət qoymuşdur. Bu neməti başqa nemətlərdən üstün hesab etmişdir. Bəs bu, hansı nemətdir?
Bu nemət - Həzrət Muhəmmədin (s) müqəddəs varlığıdır. Allah Təala Öz Rəsuluna (s) görə insanlara minnət qoymuş və buyurmuşdur ki, bu nemətin qədrini bilsinlər. "Şübhəsiz, Allah möminlərin boynuna onlara (mələklərdən və cinlərdən deyil)özlərindən Onun ayələrini onlara oxuyan, onları paklaşdıran və onlara (səmavi) kitabı, şəriət hökmlərini və əqli maarifi öyrədən bir peyğəmbər göndərən zaman haqq qoydu. Həqiqətən onlar bundan əvvəl açıq-aydın bir azğınlıqda idilər". ("Ali-İmran", 164).
Allah Təala Həzrət Peyğəmbərə (s) xitab edərək, buyurur: "Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: "İslamınızı mənə minnət qoymayın, əksinə əgər (İslam iddiasında) doğruçusunzsa, sizi imana hidayət etdiyi üçün boynunuzda haqqı olan Allahdır"". ("Hucurat", 17).
Allah Təala bu ayədə buyurur ki, bəndələr gərək bir-birinə minnət qoymasınlar. Əməllərini minnət qoyaraq batil etməsinlər. Əta etdiyiniz dünya nemətlərinə görə qardaşlarınıza minnət qoymayın. Ancaq Həzrət Muhəmmədin (s) müqəddəs varlığı Allah üçün o qədər əhəmiyyətlidir ki, onu minnət qoymağa layiq bilmişdir. Bu zaman minnət sözü öz qəbahətli halından çıxar və nurani olar.
Həmçinin oxuyun
Bəs bu nemətə görə necə şükür edə bilərik?
Bu böyük nemətin ardınca getməliyik və Peyğəmbər (ə) Əhli-Beytinin (ə) vilayətini qəbul etməliyik. Onu əziz tutub, Məsumlardan (ə) örnək götürməliyik. "Bu, Allahın, iman gətirərək yaxşı işlər görmüş bəndələrini müjdələdiyi həmin şeydir. De: "Sizdən bunun (İlahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm".
Kim bir yaxşı iş görsə (daha artıq məhəbbət göstərsə), Biz onun üçün həmin işdə yaxşılıq (savab) artırarıq (onun təbii mükafatına ən azı on dəfə artıq əlavə edərik). Həqiqətən Allah bağışlayan və qədirbiləndir". ("Şura" 23).
"De ki: "Sizdən istəmədiyim bütün muzdlar sizin olsun. (Sizdən muzd istəməyə haqqım var idi). Sizdən istədiyim muzd (Əhli-Beytimə olan məhəbbət) sizin öz xeyrinizədir, mənim mükafatım yalnız Allahın öhdəsinədir və O, hər bir şeydən agah və hər bir şeyə şahiddir"". ("Səba" 47).
20:15 / 12 Aprel 2026
9
20:11 / 12 Aprel 2026
25
19:59 / 12 Aprel 2026
39
19:51 / 12 Aprel 2026
32
19:36 / 12 Aprel 2026
48
19:27 / 12 Aprel 2026
1145
19:17 / 12 Aprel 2026
54
19:15 / 12 Aprel 2026
114
19:13 / 12 Aprel 2026
151
19:03 / 12 Aprel 2026
83
18:59 / 12 Aprel 2026
754
18:49 / 12 Aprel 2026
73
18:42 / 12 Aprel 2026
49
18:23 / 12 Aprel 2026
65
18:13 / 12 Aprel 2026
1263
17:48 / 12 Aprel 2026
94
16:47 / 12 Aprel 2026
1077
16:14 / 12 Aprel 2026
4906
16:05 / 12 Aprel 2026
86
16:04 / 12 Aprel 2026
104
15:11 / 12 Aprel 2026
132
14:58 / 12 Aprel 2026
1106
14:54 / 12 Aprel 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.