12 yaşayış məntəqəsində işıq olmayacaq
26 Avqust 2026, 23:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
680
31.12.2019, 20:01
Cəmiyyətdə zorakılığın və qəddarlığın təbliğ olunması, televiziyada erotik məhsulların aşkar surətdə nümayiş olunması və s. uşaqlara ziyan vuran informasiyalar hesab olunur. Buna görə də teleradio vasitəsilə yayımlanan informasiya məhsullarına, uşaqlarla bağlı informasiayaların çeşidlənməsinə televiza və radiolar, internet informasiya ehtiyatları özləri nəzarət etməlidirlər.
Qeyd edək ki, Prezidentin 19 dekabr 1919-cu il sərəncamına əsasən bu sahəni tənzimləyən qanunvericilk aktlarına dəyişiklik olub. Onlardan biri də inzibati Xətalar Məcəlləsidir. Bu məcəlləyə 388-2 maddə-uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması maddəsi əlavə olunub. Həmin bu maddədə qanunda göstərilən məsələlərlə bağlı sanksiyalar nəzərdə tutulur.
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov Lent.az -a bildirib ki, internetdə, televiziyada kino, veriliş yayımlanan zaman uşaqların yaş kateqoriyasına aid xəbərdarlıq mətni, hər hansı veriliş radioda səsləndirilən zaman uşaqlara aid xəbərdarlıq mətnin səsləndirilməməsi halında, 18 + xəbərdarlığının qoyulmaması, informasiya teleradioda yayılanda məlumatlar göstərilməyəndə, təhsil müəssisələri, sanatoriya, uşaqlar üçün müəssisələrdə qadağan edilən informasiya məhsulunun 150 metrdən az məsəfadə satılması ilə bağlı sanksiya nəzərdə tutulub: "Hazırda müxtəlif vaxtlarda serial tipli filmlər nümayiş olunur, axşam saat 00:00-dən sonra filmlər nümayiş olunur. 2020-ci il yanvar ayının 1-dən onların hamısı qoyulmuş tələblərə əməl etməlidirlər. Filmlər nümayiş olunanda xəbərdarlıq əks olunmur. Elə filmlər var ki, uşaqların baxmaması daha məsləhətdir, amma işarələnmir. Hər bir saytın, səhifənin məsuluyyət daşıyanı olmalıdır. İşarələnmiş mətnlərə nəzarət olunması isə artıq valideynin funksiyasıdır”. Komitə rəsmisi bildirib ki, yanvarın 1-dən yaş kateqoriyası ilə bağlı xəbərdarlıq yerləşdirilməyəndə aidiyyatı dövlət təşkilatı veb-səhifə ilə bağlı tədbirlər görəcək. Bundan başqa içki, siqaret reklamının məktəblərə 150 metrdən az olan məsafədə yayılmasına görə sanksiya nəzərdə tutulub: "Oyun diskləri, məktəb dərsliklərində gündəlik, dəftərlər qabıqlarında yayılan informasiya məhsullarının yaş kateqoriyasına uyğun işarələnib-işarələnmədiyinə nəzarət olunacaq”.
23:46 / 26 Avqust 2026
1
23:16 / 26 Avqust 2026
36
22:53 / 26 Avqust 2026
34
22:53 / 26 Avqust 2026
48
22:26 / 26 Avqust 2026
60
21:53 / 26 Avqust 2026
69
21:07 / 26 Avqust 2026
71
20:47 / 26 Avqust 2026
87
20:21 / 26 Avqust 2026
92
20:00 / 26 Avqust 2026
74
19:29 / 26 Avqust 2026
67
19:16 / 26 Avqust 2026
85
18:58 / 26 Avqust 2026
87
18:47 / 26 Avqust 2026
96
18:19 / 26 Avqust 2026
78
18:04 / 26 Avqust 2026
100
17:56 / 26 Avqust 2026
101
17:43 / 26 Avqust 2026
103
17:40 / 26 Avqust 2026
87
17:20 / 26 Avqust 2026
102
16:59 / 26 Avqust 2026
90
16:45 / 26 Avqust 2026
94
16:30 / 26 Avqust 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.