İcra Hakimiyyətində kadr islahatları: İşdən çıxarılanlar var
26 Yanvar 2026, 12:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
949
31.12.2019, 00:29
Qoç - Sağlam düşüncəni yadına salan yoxdur. Yeni bir layihənin gerçəkləşdirilməsinə başlamaq olar. Ancaq bu zaman bilik və gücünüzü düzgün qiymətləndirməlisiniz. Uğura güvənməyin: qələbə üçün zəhmət çəkmək gərəkdir.
Buğa - İstədiyiniz hər şeyi dərhal əldə etmək hər zaman alınmır. Yalnız ən dözümlülər qazanacaqlar. Qohumlar arasında münasibətlər düzəlir, dostlar fikir ayrılıqları barədə unudur, sevgililər inciklikləri geridə qoyurlar. Qəfil təkliflər mümkündür.
Əkizlər - Dövlət orqanlarının nümayəndələri ilə ünsiyyət, sənədlərin hazırlanması rahat olacaq. Axşam dostlarla, yaxud sevgilinizlə görüş təyin edə bilərsiniz. Evə yaxın olmağa çalışın, planlaşdırılmamış səfərlərdən imtina edin.
Xərçəng - Səliqə və ciddilik tələb edən xırda işlərlə məşğul olun. Vaxtınızı düzgün bölüşdürür, gücünüzü lazım olmayan işlərə sərf etmirsiniz. Alış-veriş uğurlu olacaq. Yarımçıq qalmış bəzi məsələləri həll etməyiniz tələb oluna bilər.
Şir - Gün sakit keçir. Tələsmədən, vurnuxmadan problemləri bir-bir həll edir, başqalarına nümunə göstərirsiniz. Peşəkar mövqelərinizi möhkəmləndirə, yeni tərəfdaşlar tapa bilərsiniz. Tanışlıqlar hər cəhətdən faydalıdır. Maraqlı iş təklifləri almağınız mümkündür.
Pul da ala bilərsiniz: lazımi vaxtda lazımi yerdə ola bilsəniz, onun qədəri xeyli çox ola bilər. Şəxsi problemlərin həllinə tez nail olacaqsınız, çünki emosiyalara qapılmayaraq sağlam düşüncəyə arxalanırsınız.
Qız - Bütün günü evdə keçirməyin, gəzintiyə çıxın, dostlarınızla görüşün, ziyafətlərə qatılın. Teatr, yaxud konsertə getmək məsləhətdir. Qəfil dəvət və təkliflər ala bilərsiniz. Yaxınlarınızın kömək barədə xahişlərini rədd etməyin, onların buna, doğrudan da, ehtiyacı var.
Tərəzi - İş ortaqları ilə əməkdaşlıq perspektivlərini müzakirə etmək olar: uzun zaman dil tapa bilmədiyiniz insanlarla ortaq məxrəcə gələ bilərsiniz. Xırdalıqlar ikinci plana keçir, doğrudan da vacib olan işlərə diqqət yönəltmək lazımdır. Səyahətə hazırlaşmaq olar, yol üçün gərəkli əşyaları almaq lazımdır. İri alış-veriş etmək olar, bütün ailəyə xidmət edəcək əşyalara üstünlük verin.
Həmçinin oxuyun
Əqrəb - İdmanla, fiziki işlə məşğul olmaq üçün ideal gündür. Sağlamlığınızın möhkəmlədilməsinə, gözəl görünüşə yönəlmiş hər bir prosedur effektlidir. Gözəl geyim, qeyri-adi bəzəklər, kosmetika, parfümeriya almaq olar.
Oxatan - Mürəkkəb olmayan, diqqət və xüsusi bilik tələb etməyən işlərdən yapışın. Evdə səliqə-səhman yaradın, mebelin yerini dəyişin, interyeri təzələyin: bu cür məşğuliyyətlərə yaradıcı yanaşmağınız əla nəticələr verir. Günortanı sakit istirahətə, gəzintilərə, xoş söhbətlərə ayırın.
Oğlaq - Alış-verişə çıxa, yaxınlarınıza hədiyyə ala bilərsiniz. Sürpriz etmək bu gün sizdə yaxşı alınır. Köhnə dostlarınız gözlənilmədən sizi yadlarına salacaqlar. Ola bilər ki, onlar sizdə uzun müddət qonaq qalsınlar.
Dolça - Qətiyyətli, enerjilisiniz, sözü üzə deyirsiniz - bu, böyük uğur vəd etsə də, ətrafınızdakılarla münasibətlərinizi ciddi surətdə korlaya bilər. Tənqidi iradlardan çəkinin.
İdman və aktiv istirahət etməyə çalışın. Səfərlər pis keçməyəcək. Vacib görüşləri günün ikinci yarısına təyin edin: bu dövr sizinçün ən münasib vaxtdır. Yaxın adamınız xoş sürprizlə sizi sevindirəcək.
Balıqlar - Parlaq, yaddaqalan gündür. Nikbin, mərhəmətli, cazibədar və həyatsevərsiniz. Təəccüblü deyil ki, çoxları vaxtlarını sizinlə keçirmək istəyirlər. Xeyli maraqlı təklif alırsınız. Yaradıcı potensialınız yüksəkdir, cari problemlərin orijinal həll yollarını tapırsınız.
Bir çox Balıqlar bu gün aşiq olur, başlarını itirirlər. Sizi xeyli romantik macəra gözləyir. Sevgilisi olanlar isə bu gün öz yarlarını sevindirmək üçün imkan tapacaqlar.
12:58 / 26 Yanvar 2026
12
12:47 / 26 Yanvar 2026
52
12:35 / 26 Yanvar 2026
119
12:25 / 26 Yanvar 2026
90
12:18 / 26 Yanvar 2026
290
12:16 / 26 Yanvar 2026
71
12:10 / 26 Yanvar 2026
48
12:06 / 26 Yanvar 2026
29
11:52 / 26 Yanvar 2026
662
11:44 / 26 Yanvar 2026
480
11:42 / 26 Yanvar 2026
36
11:27 / 26 Yanvar 2026
55
11:19 / 26 Yanvar 2026
360
11:09 / 26 Yanvar 2026
276
11:06 / 26 Yanvar 2026
80
10:54 / 26 Yanvar 2026
124
10:51 / 26 Yanvar 2026
51
10:42 / 26 Yanvar 2026
56
10:39 / 26 Yanvar 2026
47
10:17 / 26 Yanvar 2026
1061
10:15 / 26 Yanvar 2026
424
10:10 / 26 Yanvar 2026
215
09:54 / 26 Yanvar 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.