Bakıya gələnlərə vacib XƏBƏR: 13 aprel saat 10:00-dan 15 aprel saat 07:00-dək...
12 Aprel 2026, 18:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
853
30.12.2019, 15:55
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Sərəncamda belə deyilir:
"Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır.
Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
Həmçinin oxuyun
Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşmışdır.
Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs vermiş, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamışlar.
Bu il 5 dekabr Beynəlxalq Könüllü Günü ərəfəsində Azərbaycanda ilk dəfə keçirilmiş və bütün könüllüləri əhatə etmiş Könüllülük Həftəsi ölkəmizdə könüllülüyün yeni mərhələyə qədəm qoyduğunu və böyük potensiala malik olduğunu nümayiş etdirmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə qərara alıram:
1. 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin".
18:25 / 12 Aprel 2026
1
18:23 / 12 Aprel 2026
11
18:13 / 12 Aprel 2026
293
17:48 / 12 Aprel 2026
59
16:47 / 12 Aprel 2026
643
16:14 / 12 Aprel 2026
2306
16:05 / 12 Aprel 2026
77
16:04 / 12 Aprel 2026
84
15:11 / 12 Aprel 2026
99
14:58 / 12 Aprel 2026
818
14:54 / 12 Aprel 2026
79
14:24 / 12 Aprel 2026
98
14:21 / 12 Aprel 2026
104
13:54 / 12 Aprel 2026
1920
13:49 / 12 Aprel 2026
84
13:25 / 12 Aprel 2026
78
13:01 / 12 Aprel 2026
911
12:38 / 12 Aprel 2026
4091
12:33 / 12 Aprel 2026
90
12:18 / 12 Aprel 2026
640
12:12 / 12 Aprel 2026
80
12:00 / 12 Aprel 2026
94
11:50 / 12 Aprel 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.