Sürücülərə xəbərdarlıq edilib
12 Aprel 2026, 13:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
641
28.12.2019, 18:26
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) fermer və sahibkarlara müraciət edib.
Agentlikdən Oxu24.com-a verilən məlumata görə, müraciətdə qeyd olunub ki, AXA-nın Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi zərərsizləşdirmə (dezinseksiya, dezinfeksiya, deratizasiya) üzrə xidmətləri həyata keçirir. Bildirilib ki, zərərsizləşdirmə (fumiqasiya) müxtəlif yoluxucu, həmçinin təhlükəli xəstəliklərin daşıyıcıları olan zərərverici həşəratların və digər zərərli orqanizmlərin məhv edilməsinə istiqamətlənmiş kompleks tədbirlərdir:
"Bildiririk ki, zərərverici həşəratlara məsulların istər istehsal, istərsə də saxlanma yerlərində rast gəlinir. Onlara qarşı öz imkanlarınız daxilində aparılan mübarizə tədbirlərində lazımı nəticə əldə etmək mümkün deyildir. Həşəratlarla effektiv mübarizə aparmaq üçün peşəkarların yardımına ehtiyac duyulur, belə ki, həşəratların məhv edilməsi müasir mübarizə üsulları və avadanlıqları ilə aparılmalıdır. Mərkəzin mütəxəssislərinin yüksək peşəkarlığı, təcrübəsi, müasir maddi-texniki bazaya malik olması zərərsizləşdirmə (fumiqasiya) üzrə xidmətləri istənilən həcmdə, istənilən şəraitdə və miqyasda olan obyektlərdə həyata keçirməyə imkan verir", - deyə müraciətdə vurğulanıb.
Həmçinin oxuyun
Qeyd edək ki, 2019-cu ilin 11 ayı ərzində sahibkarların müraciəti əsasında 236231 ton dənli və dənli-paxlalı, texniki bitkilərin məhsulları, yemlər və digər məhsullar, 350248 m3 meşə materialları, 2709528 m3 istehsal və saxlanma yerləri fumiqasiya edilib.
Sahibkarlar operativ və keyfiyyətli fumiqasiya tədbirlərini həyat keçirmək məqsədi ilə Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə (1652 çağrı mərkəzi) müraciət edə bilərlər.
Fumiqasiya (zərərsizləşdirmə) tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr 260 nömrəli qərarı ilə təsdiq edilmiş ''Azərbaycan Respublikası ərazisində karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Qaydasına" uyğun olaraq həyata keçirilir. Fumiqasiya tədbirlərini KTN yanında AXA-nın Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən aparılır və xüsusi təhlükəli maddələr olduğuna görə qeyri-dövlət fitosanitar subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir".
13:25 / 12 Aprel 2026
4
13:01 / 12 Aprel 2026
255
12:38 / 12 Aprel 2026
153
12:33 / 12 Aprel 2026
40
12:18 / 12 Aprel 2026
302
12:12 / 12 Aprel 2026
46
12:00 / 12 Aprel 2026
52
11:50 / 12 Aprel 2026
40
11:30 / 12 Aprel 2026
529
11:06 / 12 Aprel 2026
65
10:59 / 12 Aprel 2026
134
10:25 / 12 Aprel 2026
85
10:20 / 12 Aprel 2026
677
10:04 / 12 Aprel 2026
331
09:58 / 12 Aprel 2026
71
09:49 / 12 Aprel 2026
83
09:38 / 12 Aprel 2026
87
09:36 / 12 Aprel 2026
67
09:23 / 12 Aprel 2026
743
09:21 / 12 Aprel 2026
67
09:17 / 12 Aprel 2026
74
00:25 / 12 Aprel 2026
788
00:15 / 12 Aprel 2026
373
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.