Qaynar xətt:

(+99450) 247 90 86

AMEA-nın I vitse-prezidentləri seçildi

2019/12/28/1577529690_58fdae9f19911.jpg

CƏMİYYƏT

641

28.12.2019, 14:39

AMEA-nın ümumi yığıncağında I vitse-prezident vəzifəsinə seçkilər üzrə səsvermənin nəticəsi açıqlanıb.
APA-nın məlumatına görə, Hesablama Komissiyanın sədri Urxan Ələkbərov nəticələri açıqlayıb. O qeyd edib ki, səsvermənin nəticəsinə görə, İsa Həbibbəyli və İbrahim Quliyev 55 səslə AMEA-nın birinci vitse-prezidentləri seçiliblər. Qeyd edək ki, humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə İsa Həbibbəylinin, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülmüşdü.