Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20241
az

Azərbaycanlı gənc yazarın şeiri Türkiyədə dərc olunub

13:0405 Dekabr, 2019
479
CƏMİYYƏT
  • A

ARB Cənub televiziyasının Xəbər və Analitik İnformasiya Departamentinin əməkdaşı, jurnalist, şair Əyyub Məmmədovun “Məzarlar da danışır” adlı şeiri Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən məşhur “Kardelen”  dərgisinin 102-ci sayında çap olunub. Adı çəkilən ədəbiyyat və mədəniyyət dərgisində türk xalqlarının qələmə aldığı hekayə, şeir və esselər dərc olunur. Qeyd edək ki, “Kardelen” dərgisi “Fikrin dəyərini bilənlərə...” devizi ilə üç aydan bir nəşr olunur. 
       

 Jurnalist, şair Əyyub Məmmədovun adı çəkilən dərgidə çap olunan şeirini oxucularımıza təqdim edirik.

Məzarlar da danışır


Məzarlar da zamanla, 
Dostlaşıb, tanış olur.
Bəzi daşlar orda da, 
Fəhləyə məmur olur.

Məzar var ki, başında 
Bir abidə ucalır.
Məzar var ki, başında,
Adi bir daş dayanır.

Məzar var, il boyu 
Həmişə yada düşür. 
Məzar var, tarix boyu, 
Heç ora yolun düşmür.

Məzar var, yanı hasar
Bir qoruğa bənzəyir
Məzar var, kol-kos basır,
Kim olduğu bilinmir.

Adama elə gəlir, 
O daşlar da danışır 
Ona yaxın məzarla, 
Öz dərdini paylaşır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəngdən qoruyan ən güclü ədviyyat
Baş ağrısının yeni genetik səbəbi TAPILDI
Dünyanın ilk arxa kameralı avtomobili - VİDEO

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş