Anar Bayramov nazir kimi ilk AÇIQLAMASINI ETDİ
19 Oktyabr 2026, 14:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
68
19.10.2026, 14:29
Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi “44” bədii filmi ilə bağlı ictimaiyyətə müraciət edib.
Oxu24.com xəbər verir ki, müraciətdə bildirilib:
“44” bədii filmi xalqımızın qəhrəmanlıq tarixini, Vətənə bağlılığını və sarsılmaz birliyini ekranlara gətirən, müharibənin ağır sınaqları fonunda insan talelərindən, fədakarlıqdan və ümiddən bəhs edən təsirli bir əsərdir. Filmin yaradıcı heyəti bu mühüm hekayəni böyük zəhmət və məsuliyyətlə ərsəyə gətirib.
Bildiririk ki, seanslar zamanı mobil telefon və ya digər cihazlarla filmin çəkilməsi, görüntülərin icazəsiz qeydə alınması və yayılması yolverilməzdir. Bu cür hərəkətlər filmin istehsalçısına, yaradıcı heyətə və filmi izləməyə gələn digər tamaşaçılara qarşı hörmətsizlikdir.
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əsərin surətinin çıxarılması müəlliflik hüququ sahibinin müstəsna hüquqlarına daxildir. Qanunda surətçıxarma anlayışına videoyazı formasında hazırlanma da daxildir. Buna görə filmin icazəsiz qeydə alınması və xüsusilə həmin görüntülərin paylaşılması müəlliflik hüquqlarının və qanunvericiliyin tələblərinin pozulmasına səbəb ola bilər.
Tamaşaçılardan seanslar zamanı filmin mobil telefon və ya digər cihazlarla qeydə alınmamasını, habelə filmə aid görüntülərin hüquq sahibinin icazəsi olmadan yayılmamasını qəti şəkildə tələb edirik. Bu tələblərin pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 185-ci maddəsinə, qanunla müəyyən edilmiş şərtlər mövcud olduqda isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 165.1-ci və 165.2-ci maddələrinə əsasən məsuliyyətə səbəb ola bilər.
Qanun pozuntusu faktları aşkar edildikdə təqsirli şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcək”.
14:43 / 19 Oktyabr 2026
66
14:32 / 19 Oktyabr 2026
396
14:17 / 19 Oktyabr 2026
69
14:15 / 19 Oktyabr 2026
78
14:10 / 19 Oktyabr 2026
101
14:09 / 19 Oktyabr 2026
64
13:46 / 19 Oktyabr 2026
78
13:37 / 19 Oktyabr 2026
71
13:27 / 19 Oktyabr 2026
1510
13:22 / 19 Oktyabr 2026
76
13:07 / 19 Oktyabr 2026
1499
13:03 / 19 Oktyabr 2026
81
12:55 / 19 Oktyabr 2026
239
12:54 / 19 Oktyabr 2026
126
12:36 / 19 Oktyabr 2026
98
12:35 / 19 Oktyabr 2026
95
12:25 / 19 Oktyabr 2026
72
12:11 / 19 Oktyabr 2026
78
12:04 / 19 Oktyabr 2026
375
11:55 / 19 Oktyabr 2026
140
11:49 / 19 Oktyabr 2026
274
11:40 / 19 Oktyabr 2026
826
11:26 / 19 Oktyabr 2026
551
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.